Millət vəkili ilə bağlı yalan məlumatın yayılmasında-MƏQSƏD NƏ OLUB?

Son günlər sosial şəbəkələrdə Xaçmaz rayonunun Fərzəlioba kəndində meşə ərazisinin qanunsuz qırılması ilə bağlı video-görüntülər yayılıb.

Həmin görüntülərdən əlavə həmin ərazinin Milli Məclisin deputatı Eldəniz Səlimova aid olduğu, daha doğrusu, həmin ərazinin millət vəkili tərəfindən zəbt olunduğu iddia edilib.

Etikxeber.az xəbər verir ki, Doğru.tv-nin əməkdaşları məsələ ilə əlaqədar araşdırma aparıb və araşdırma zamanı həmin ərazinin xüsusi mülkiyyət olduğu və Milli Məclisin deputatı Eldəniz Səlimovla yaxından-uzaqdan heç bir əlaqəsi olmadığı üzə çıxıb.

“Məlum görüntüləri sosial şəbəkədə yayanlar isə Eldəniz Səlimovla qərəzlilik edərək, onu həmin məsələyə aid etməyə çalışıblar. Belə ki, Doğru TV-nin araşdırması zamanı məlum olub ki, Xaçmazın Fərzəlioba kəndindəki həmin ərazi xüsusi mülkiyyətdədir və həmin ərazi təqribən 27 hektar sahəni əhatə edir. Həmin xüsusi mülkiyyətdə olan paylı torpaqda isə ərazini kol-kosdan təmizlənmə işləri aparılır. Təmizlənəcək xüsusi mülkiyyətdə isə “Qərb Ekol” şirkəti tərəfindən “Aqrobağ” salınacaq. Ərazidə iş aparan “Qərb Ekol” şirkəti ilə mülkiyyət sahibi Adil Səlimov adlı şəxs arasında rəsmi müqavilə əsasında bütün hüquqi məsuliyyət şirkətin üzərindədir. “Aqrobağ”ın salınması üçün işlərə başlanılıb.

Həmçinin, iş aparan “Qərb Ekol” şirkəti tərəfindən “Aqrobağ” salınması üçün qanunamüvafiq sənədləşmə işlərinin aparılmasi üçün bütün aidiyyatlı qurumlara yazılı məlumat verilib. Və bundan sonra qanuni olaraq xüsusi mülkiyyət olan torpaqda təmizlənmə islərinə başlanılıb, Qeyd edək ki, təmizlənən ərazidə xüsusi sinfə(qırmızı kitaba daxil olan nadir ağaclar) daxil olan ağaclar yoxdur Video-görüntülərdə bildirilib ki, sağlam və cavan palıd ağaclarından ibarət meşə zolağı məqsədli şəkildə məhv edilir. Həmçinin qeyd olunub ki, sözügedən meşəlik məhz əkmə üsulla, dövlətin nəzarətində salınıb.

Bunun doğru olmadığını bilərək, yalandan-məqsədli şəkildə edən bir qrup şəxs indi anlayıb ki, bəli, sözügedən ərazidə bütün işlər qanuni şəkildə həyata keçirilir. Ərazidə iş aparan “Qərb Ekol” şirkətinin rəhbərliyi də bildirir ki, bir müddət əvvəl Xaçmaz Rayon Polis Şöbəsində bu məsələ araşdırılıb və cinayət xarakterli hallar müəyyən edilməyib. Odur ki, uydurma görüntülər və məlumatlar yaymamışdan öncə dəqiqləşdirmə aparılmalı, kimlərinsə sifarişi ilə belə yalan məlumatlar yayılmamalıdır”.

Bunu isə saytımıza adının çəkilməsini istəməyən mənbə bildirib.

Etikxeber.az

Read Previous

“Əgər xəstəyə 10 dəfə göndəriş verilibsə, hazırki qanunvericilik ədalətli hesablamaya imkan vermir və onun dəyişdirilməsi vacibdir”-PARLAMENTİN KOMİTƏ SƏDRİNDƏN ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNƏ İRADLAR VƏ TƏKLİFLƏR

Read Next

FHN-Şəhid ailələrindən, Şəhid analarından nə istəyirsən, nə istəyirsiniz?-KAMİL HƏMZƏOĞLU YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir