Millət vəkili: “İş adamı ilə danışdım, bütün xərcləri öz üzərinə götürdü və gəncin telefon nömrəsini istədi…”

“Bir müddət əvvəl mənə bir gənc oğlan müracət etdi. O orta təhsilli olduğunu, minik avtomobillərinin dizaynına maraq göstərdiyi haqqında məlumat verdi. O, mənə öz eskizlərini də göndərmişdi, avanqard xarakterli dizaynlar gəncin çox istedadlı olduğunu göstərirdi”.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Aydın Mirzəzadə “Facebook” stutusunda yazıb.

“O, öz təkliflərini dünyanın bir çox məşhur avtomobil şirkətlərinə göndərib”-deyə, qeyd edən millət vəkilinin yazdığına görə,  Almaniyanın BMW şirkəti həmin gəncə cavab verərək, onu özünün xüsusi məktəbinə oxumağa dəvət edir, ancaq orada oxumaq üçün alman dilinin mükəmməl bilməsi tələb edilir.

“Oğlan alman dili kurslarına və sonradan Almaniyaya getməyə imkanı olmadığını bildirir və köməklik istəyirdi.

Bu gün onun məsələsini bir iş adamına danışdım, o, bütün xərcləri öz üzərinə götürdü və gəncin telefon nömrəsini istədi…”-deyə, millət vəkili sonra qeyd edib.

Etikxeber.az

Read Previous

DİN: Sumqayıtda qətl hadisəsi törədən beş nəfər tutulub

Read Next

Əliyev Ümumdünya Boks Şurasının 55-ci Konvensiyasının nümayəndə heyətini qəbul etdi – FOTO- YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir