Millət vəkili “Milana” hospitala niyə getmişdi? – FOTOLAR

“Bu gün “Milana” hospitalın dəvəti ilə bu kollektivdə oldum. Bakı şəhər Nərimanov rayonu ərazisində yerləşən bu tibbi ocaqda ilk dəfə idi ki, olurdum. Rəhbərliklə görüşdüm, həkimlərlə söhbət etdim, onların imkanları ilə tanış oldum”.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Aydın Mirzəzadə öz “Facebook” statusunda yazıb.

O, yazıb ki, bütün xəstəliklər üzrə mütəxəssislərə malik olan hospitalda doğuşdan və ürək cərrahiyyəsindən başqa bütün cərrahi əməliyyatlar da keçirilir.

“Həkim otaqları, prosedur kabinetləri və əməliyyat zalı ilə tanış oldum. Hospital ən müasir tibbi avadanlıqlarla təmin edilibdir. Həkimlərin hamısı xaricdə xüsusi kurslardan keçiblər.

Hospital haqqında məndə xoş təəssürat yarandı və ölkəmizdə müasir belə tibbi ocağın fəlaiyyət göstərməsi məni çox sevindirdi”-deyə, millət vəkili sonra yazıb.

aydim-milana

Etikxeber.az

Read Previous

Naftalanda mənzildə qadın meyiti tapıldı

Read Next

Buzadırmanma üzrə açıq ölkə çempionatı keçiriləcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir