Millət vəkili prezidentə minnətdarlıq etdi…

Məlahət İbrahimqızı: Günah qanunlarda deyil

İnsanın evi də, əşyası da, malı da, mülkü də, canı da sığortalanmalıdır.

Bunu Etikxeber.az-a açıqlamasında Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Məlahət İbrahimqızı  martın 26-da Bakının Nizami rayonu, Qara Qarayev prospektinin 8-ci kilometr adlanan ərazisindəki “Diqlas” Ticarət Mərkəzində baş verən yanğın hadisəsinə və ortaya çıxan sığorta, kompensasiya məsələsinə münasibətini bildirərkən deyib.

Millət vəkili qeyd edib ki, sığorta məsələsi cəmiyyətdə artıq tam oturuşmalı, insanlar, iş adamları, sahibkarlar, işçilər bu məsələdə özləri daha maraqlı olmalı və fəallıq göstərməlidirlər:

daqlas-1

“Özünüz də şahidsiniz ki, avtomobillərlə bağlı sığorta məsələsi artıq çəmiyyətdə tam oturuşub, hansısa bir qəza baş verirsə, dərhal sığorta proseduru işə düşür. Ancaq bununla belə, ev, mal-mülk və sair məsələlərdə hələ də sığorta sistemi, sığortalanmaq məsələsi tam özünün  əksini tapmayıb. İnsanlarımız nədənsə bu məsələlərdə bir qədər biganəlik gösrətirlər. Hansı ki, bunlar çox vacib məsələlərdir və bu məsələlərin hüquqi müstəvidə tənzimlənməsi üçün də mükəmməl qanunvericilik bazası var. Yəni, bu yöndə qanunun, normativ-hüquqi aktın işləməməsindən şikayətlənmək  heç cür düzgün deyil. Ona görə də artıq insanlarımız qanunla onlara verilən hüquqlarından yararlanmağa həvəsli olmalıdırlar. Bu, ilk növbədə, can, mal-mülk güvənliyi üçün vaciddir. Özünüz də görürsünüz ki, bu günə kimi Bakı şəhərində, iri ticarət mərkəzlərində bir neçə dəfə çox güclü və dəhşətli yanğın hadisələri baş verib. Martın 26-da isə bunun növbəti acı nümunəsini yaşadıq. Çox ağrılı, çox üzücü, çox narahatedici bir hadisə idi. Allaha min şükürlər olsun ki, insan itkisi yoxdur, olmadı. Ən böyük dəyər, ən böyük sərvət insandır, onun can güvənliydir. Bu, öz yerində, amma o insanların minbir zəhmətlə aldıqları, yığdıqları, satdıqları məhsul hamısı bir anın içindəcə məhv olub, külə döndü. İş adamlarına, sahibkarlara, sadə, sıravi ticarətçilərə, minlərlə, on minlərlə, yüz minlərlə ziyan dəydi. Ancaq digər ürəkağrıdıcı bir məqam da var ki, bu insanların çoxunun mal, mülk, can sığortası yoxdur”.

Komitə sədrinin müavini  deyib ki, bunun özü də çox düşündürücü və narahatedici bir məsələdir.

“Yuxarıda da toxunduğumuz kimi, müvafiq qanunlar, mükəmməl qanunvericilik bazası var, amma bizim insanların çoxu onlara biganə yanaşır və nəticə tibarı ilə hüquqlarını bilmirlər. Hüquqlarını bilmədiklərindən də, sonra problemlər çıxanda deyirlər ki, ay aman, gərək vaxtında sığortalanaydım, yaxud,  gərək dövlət mənim zərərimi, ziyanımı ödəsin və sair və ilaxır.  Əgər sən özün malını, mülkünü, sərvətini, nə bilim nəyin varsa, onu sığortalamayıbsansa, o zaman  dövlət nəyə görə kompensasiya verməlidir? Gərək il növbədə özün öz hüquqlarını biləsən və onların təmin olunmasına çalışasan. Konkret olaraq, “Diqlas” Ticarət Mərkəzində bu məsələlərin nə yerdə olması ilə bağlı dəqiq fikir yürüdə də bilmərəm, yəni, orada çalışan insanlar, iş adamları sığortalanıblar, ya yox, bu barədə tam bilgim yoxdur. Amma ümumi şəkildə deyirəm ki, bu günə kimi bir neçə dəfə belə üzücü hadisələr yaşanıb və məlum problemlər üzə çıxıb. Ona görə artıq bu məsələdə daha diqqətli və daha məsuliyyətli olmaq lazımdır.

SENET-ILHAM

Ilham Aliyev- Mehriban Aliyeva-1

Dövlətimiz çox humanist bir dövlətdir, dövlətimizin başçısı çox humanist bir insandır və artıq məlumat verildiyi kimi, bu məsələ həm dövlət başçısının, həm də birinci xanım, birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa diqqətindədir. Dövlət başçımız növbəti dəfə insanpərvərlik, böyük humanizm nümayiş etdirərək, ziyan, zərər çəkmiş insanlara kompensasiya verilməsi barədə öz tapşırığını verib. Buna görə bir daha möhtərəm prezidentimizə təşəkkür edirik. 

malahattttt

Amma, bu, eyni zamanda  hamıya bir mesajdır. Bizim dinimizdə də deyilir, başınıza gələn faciə ağlamaq, sızlamaq üçün deyil, bu faciə dərs çıxarmaq üçündür. Bu gün “Diqlas”da baş verib bu hadisə, Allah milyon kərə uzaq etsin,  sabah başqa bir yerdə baş verə bilər. Ona görə də iri alış-veriş, ticarət mərkəzlərində çalışan insanlara, iş adamlarına, sahibkarlara məsləhətdir ki, onlar artıq indidən öz mallarını, mülklərini, mağazalarını sığorta etdirsinlər. Yanğın baş verməz, zəlzələ, sel, daşqın ola bilər, o zaman maddi-mənəvi itki olmasın deyə, mütləq sığortalanmalıdırlar. Artıq bundan hər kəs dərs çıxarmalıdır”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Etikxeber.az

 

Read Previous

İlham Əliyevdən “Diqlas”la bağlı mühüm – TAPŞIRIQ

Read Next

Paytaxtda yol tikintisinə 6,3 milyon ayrıldı – SƏRƏNCAM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir