Millət vəkili erməni dilində nəşr edilmiş “Qarabağ düyünü” adlı kitabını türkiyəli rektora hədiyyə etdi – FOTOLAR

“Xocalı faciəsinin 25 illiyi münasibəti ilə Türkiyənin Kahramanmaraş universitetində keçirlən tədbirdə iştirak etdim.Tədbirdən əvvəl universitetin tektoru, Azərbaycanın böyük dostu professor Durmuş bəy Dəvəçi ilə görüşümüz oldu. O, Xocalı faciəsi barədə məlumatlı olduğunu və soyqırıma görə, Ermənistan rəhbərliyinin məsuliyyət daşıdığını bildirdi. Rektor həmçinin ötən il Azərbaycanda olduğunu və qardaş ölkənin inkişafından qürur duyduğunu bildirdi”.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Aydın Mirzəzadə qeyd edib.

O, qeyd edib ki, soyqırımının ildönümünə həsr edilmiş tədbiri Kahramanmaraş universiteti, Kahramanmaraş Azərbaycanlı Tələblərin İctimai Birliyi və Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi təşkil etmişdi.

“Tədbirdə çıxış edərək soyqırım barədə tarixi məlumat verdim, soyqırımın dünya tarixinin ən qara səhifələrindən olduğunu və səbəbkarların məsuliyyət daşıyacaqlarını bildirdim.

Çıxışdan sonra universitet rektoruna mənim Rusiyada erməni dilində nəşr edilmiş “Qarabağ düyünü” kitabımı təqdim etdim.

Tədbirdən sonra həmin universitetin dosenti, Zəngilan rayon məcburi köçkünü Səhər xanımla tanışlığım oldu…”-deyə, millət vəkili sözlərinə əlavə edib.

kitab-aydin

Etikxeber.az

Read Previous

Trampın siyasəti ABŞ-ın 2026-cı ilin dünya çempionatını keçirmək istəyinə kömək etməyəcək – Aleksandr Çeferin

Read Next

“Zabil həyat dolu, gülərüz, mehriban bir insan idi…” – QƏNİRƏ PAŞAYEVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir