Millət vəkili Şəhid qardaşlar-Musa və Tural Həsənovların ailəsini-ZİYARƏT ETDİ, İTKİN AİLƏSİNƏ BAŞ ÇƏKDİ, QAZİ AİLƏSİNİN PROBLEMLƏRİ İLƏ MARAQLANDI…-FOTOLAR

Mingəçevirdə Vətən Müharibəsində iki oğlu ( Musa və Tural) şəhid olmuş Tapdıq kişi və Nəhayət xanımın evini ziyarət etdim.

Etikxeber.az-ın xəbərinə görə, bunu millət vəkili Aydın Mirzəzadə deyib.

Qeyd edib ki, Şəhid Musa Həsənov eyni zamanda, şeir də yazırmış, onun əlyazmalarını mənə də gösətərdilər.

“Ailəyə şəhidimizin bütün əlyazmalarını toplamağı xahiş etdim və söz verdim ki, onun kitabını çap etdirəcəyik. Həmin kitabın təqdimatını da keçirmək istəyimizi də bildirdim”-deyə, millət vəkili bildirib.

Qeyd edək ki, Şəhid qardaşların hər ikisi də ailəli, hər ikisi də iki övlad atası idi.

Millət vəkili həmçinin bildirib ki, Mingəçevirdə Vətən Müharibəsində itkin düşmüş Pərviz Tağıyevin valideynləri və yaxınları ilə görüşüb.

“Pərvizin atası ilə xeyli müddətdir telefon əlaqəmiz var. Görüşdə bir daha oğlunun axtarışı ilə bağlı son məlumatlarla və ailənin digər məsələləri ilə maraqlandım. Ailəyə səbr və dözüm arzuladım”-deyə, millət vəkili qeyd edib.

Millət vəkili eyni zamanda bildirib ki, bu gün Mingəçevirdən Vətən Müharibəsi qazilərindən birinin ailəsi ona müraciət edib.

“Qazinin cərrahi əməliyyata ehtiyacı var, həmçinin, anası işlə təmin edilməsini xahiş etdi. Məsələ ilə bağlı şəhid ailələri və Qarabağ qazilərinə dəstək üçün yaradılmış YAŞAT Fondunun fəaliyyətini təşkil edən ASAN Xidmətin sədri Ülvi Mehdiyevə müraciət etdim. Məsələ nəzarətə götürüldü, qazi yaxın günlərdə əməliyyat ediləcək və müvafiq müalicə alacaq.

Eyni zamanda, Ülvi Mehdiyev bildirdi ki, bir müddət əvvəl ona müraciət edilmiş Mingəçevirdən şəhid qardaşı Mingəçevir ASAN Xidmət Mərkəzinə təcrübəyə götürülüb və təcrübə müddəti bitən kimi mərkəzdə daimi işə qəbul ediləcək. Qazi anasının işlə təmin edilməsi məsələsi ilə həll edildi. Ana gələn həftədən sosial işlərə cəlb ediləcək”-deyə, A. Mirzəzadə sözlərinə əlavə edib.

Etikxeber.az


Read Previous

“Dostluq” anlaşması böyük tarixi hadisə və ciddi diplomatik uğurdur”-MİLLƏT VƏKİLİ

Read Next

Yanvarın 25-dək ölkə ərazisində ictimai nəqliyyat-İŞLƏMƏYƏCƏK

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir