Millət vəkili təhsil kreditlərindən, tələbə yataqxanalarından – DANIŞDI

Bir çox universitetin yataqxanası yoxdur. Bu il Tovuz rayonunda 15  gəncin qəbul olunduğu ali məktəblərdən imtina etməsinin qarşısını müxtəlif qurumların dəstəyi ilə almışıq.

Etikxeber.az məlumat verir ki, bunu bu gün Milli Məclisin (MM) payız sessiyasının ilk iclasında millət vəkili Qənirə Paşayeva bildirib.

Millət vəkili deyib ki, Tovuzda ən yüksək balla ali məktəbə qəbul olan gəncin atası yoxdur:

“Anası deyir ki, məqbul qiymətə kirayə ev tapa bilmir. Ona görə də “Təhsil krediti haqqında” qanun qəbul olunmalıdır ki, belə problemlər yaranmasın. O cümlədən, ödənişli təhsil alan gənclər təhsildən imtina etmək məcburiyyətində qalmasınlar. Bu qanun layihəsinin qəbulunu və müzakirəsini artıq yubatmaq olmaz. Təhsil kreditləri ilə bağlı qanun layihəsi bu sessiyada mütləq qəbul olunmalıdır. İnsanlarımız bunu çox səbrsizliklə gözləyirlər”.

Q. Paşayeva qeyd edib ki, üçüncü qrup əlillərin də ali məktəblərdə ödənişli təhsildən azad edilməsi yaxşı olardı.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az

 

Read Previous

“İstehlak kreditləri haqqında” qanun layihəsi hazırlanmalıdır…” – ƏLİ MƏSİMLİ

Read Next

“İnternet medianın hüquqi statusu müəyyənləşdirilməlidir…” – ƏFLATUN AMAŞOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir