Millət vəkili, tanınmış yazıçı “Xalq yazıçısı” fəxri adına layiq görüldü – SƏRƏNCAM – YENİLƏNİB

Ölkə Prezidenti İlham Əliyev millət vəkili, yazıçı-publisist Elmira Axundovaya “Xalq yazıçısı” fəxri adının verilməsi haqqında Sərəncam imzalayıb.

Etikxeber.az-ın xəbərinə görə, Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətlərinə görə Elmira Hüseyn qızı Axundovaya “Xalq yazıçısı” fəxri adı verilsin.

elmira-kitab

***

Xəbər verdiyimiz kimi, bir az öncə ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə millət vəkili, yazıçı-publisist E. Axundovaya “Xalq yazıçısı” fəxri adı verilib.

Etikxeber.az Oxu.Az-a istinadən xəbər verir ki, adıçəkilən saytın müxbiri bununla bağlı E.Axundovanın özü ilə əlaqə saxlamağa və Sərəncama münasibətini öyrənməyə çalışıb.

“Ölkə prezidentinin Sərəncamına münasibətiniz necədir?” sualını eşidərkən milliət vəkili bunu çaşqınlıq içində və təəccüblə qarşılayıb

“Nə Sərəncam? Hansı Sərəncamı deyirsiniz? Mən tədbirdəyəm, çıxış edirəm. Mümkünsə, Sərəncamı ucadan oxuyun”, – deyə, bildirib.

E.Axundova Sərəncamı tədbir iştirakçılarına da dinlənib və Sərəncam böyük alqışlarla qarşılanıb.

“Mənim üçün doğrudan da çox gözlənilməz oldu. Cənab Prezidentə öz minnətdarlığımı bildirirəm”, -deyə sözlərinə əlavə edib.

Qeyd edək ki, sabah E.Axundovanın doğum günüdür. Onun 65 yaşı tamam olur.

Biz də Etikxeber.az olaraq, E. Axundovanı həm yubiley doğum günü, həm də Xalq yazıçısı adına layiq görülməsi münasibəti ilə təbrik edir, ona can sağlığı, növbəti uğurlar arzulayırıq.

Etikxeber.az

Read Previous

“Demək olmaz ki, “Maliyyə nəzarəti haqqında” qanun mütləq lazımdır…” – DEPUTAT

Read Next

“Ailələrin tək oğul övladları hərbiyə, orduya çağırılmamalıdır…” – VAHİD ƏHMƏDOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir