“Bir neçə gün əvvəl Bakıda diqqətimi bir turist ərəb ailəsi cəlb etdi“.
Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Aydın Mirzəzadə deyib. O, qeyd edib ki, uşaqlı-böyüklü 14 nəfər idilər. Gördükləri hər binaya marala baxır, qızğın müzakirə edirdilər.
“Tək bu ailənin hər bir üzvü Azərbaycanda qaldıqları hər gün üçün:
– hotel xərcini ödəyir
– gündə üç dəfə kafelərdə yemək yeyir
– taksidən istifadə edir
– marketlərdən alış-veriş edir
– telefondan istifadə edir
– və s.
Səfərdən sonra isə bir daha Azərbaycana səfər etməyi planlaşdırır, çoxsaylı dostlarına ölkəmiz barədə danışır və öz ölkələri ilə bizim ölkə arasında insan körpüsünə çevrilirlər.
Həmçinin, uzaq perspektivdə Azərbaycana potensial şəkildə investisiya qoyanlardan birinə çevrilir, şəxsi mənzil almağa çalışır, banklarımıza depozit otuzdurur, övladlarını Azərbaycan universitetlərinə təhsil almağa göndərirlər…“-deyə, millət vəkili daha sözlərinə əlavə edib.
Etikxeber.az