Millət vəkili və naxçıvanlı rəssamlar – BEYNƏLXALQ RƏSM FESTİVALINDA – FOTO

Türkiyənin Fethiye bölgəsində noyabrın 8-dək davam edəcək “ II Dənizlərimiz və Rənglərimiz” Beynəlxalq Rəsm Plener-Festivalı keçirilir.

Etikxeber.az-ın xəbərinə görə, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin üzvləri həmin festivalda iştirak edir.

Egey və Ağ dəniz sularında iki hissəli olaraq keçirilən festivalda Azərbaycanı-Naxçıvanı Naxçıvan Muxtar Respublikasının Rəssamlar Birliyinin sədri, Azərbaycanın əməkdar rəssamı, millət vəkili Ülviyyə Həmzəyeva , Naxçıvan Dövlət Universitetinin “Təsviri İncəsənət “kafedrasının müdiri, Naxçıvanın əməkdar rəssamı Həbibə Allahverdiyeva, Heydər Əliyev Uşaq Yaradıcılıq Mərkəzinin direktoru, Rəssamlar Birliyinin üzvü Murad Nurlu, Naxçıvan Rəssamlar Birliyinin üzvləri Arzu Novruzov, Həbib Allahverdiyev , Bakı şəhərindən rəssam-keramikaçı Ramiz Abbasov və rəssam-heykəltaraş,musiqiçi Vədut Muəzzin təmsil edir.

Festivalın əsas hissəsi dənizdə keçirildiyindən, iştirakçılar iki gəmidə həm plenar ediblər, həm xüsusi olaraq dəniz altında plenar etmək üçün məşqlər keçiblər. Məşqlər 2 günlük, çox dərin məsafədə olmamaq şərti ilə professional dalğıclar tərəfindən keçirildikdən sonra, növbəti günlər su altında xususi kətanlar üzərində yağlı boyalarla əsərlər çəkilib.

Rəssamlarımızın gərgin iş prosesinə baxmayaraq, rəssam dostların əhatəsində 9 Noyabr “Dövlət Bayraq günü”nü də qeyd edərək foto vasitəsi ilə əbədiləşdiriblər.

Qeyd edək ki, Azərbaycanlı rəssamlar su üstündə və dəniz altında ümumilikdə 25 əsər işləyiblər.

Etikxeber.az

Read Previous

Erməni mahnısı səsləndirən şəxs saxlanıldı – BAKIDA – RƏSMİ

Read Next

“Ermənistan nəinki Azərbaycan ərazilərinin işğalını davam etdirir…” – DEPUTAT – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir