Millət vəkilinə qarşı törədilən sui-qəsdlə bağlı-6 NƏFƏR SAXLANILDI… – YENİLƏNİB

Millət vəkili Fazil Mustafaya qarşı törədilən sui-qəsdlə bağlı 6 nəfər saxlanılıb.

Etikxeber.az-ın APA-ya istinadən xəbərinə görə, cinayət işi üzrə 6 nəfərin saxlanıldığı və digər şəxslərlə bağlı araşdırmaların aparıldığı məlum olub.

Qeyd edək ki, martın 28-də saat 21:51-də Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında – Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsi ev 2 “Z” ünvanında “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilib.

Terror aktı nəticəsində Fazil Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb.

Faktla bağlı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.

11:39

***

Deputat Fazil Mustafaya qarşı törədilmiş sui-qəsdlə bağlı hazırda Dövlət Təhlükəsizliyi Xidmətində saxlanılan şəxslərdən 3-nün kimliyi məlum olub.

Medianın məlumatına görə, ötən gün saxlanılan şəxslərin Səricanov Azər Kamran oğlu, Əsgərov Elşad Tofiq oğlu, Şirinov Səbuhi Vəliyəddin oğlu olduğu bildirilir.

İstintaqa cəlb olunan şəxslərin İran İslam Respublikasına dəfələrlə səfər etdiyi də deyilir.

Saxlanılanlardan Azər Səricanov “Hacı Azər” kimi tanınır və “youtube”da çıxışları yayılıb.

Qeyd edək ki, Fazil Mustafaya qarşı törədilən terrorla bağlı 6 nəfər saxlanılıb.

Etikxeber.az

Read Previous

Ali Məhkəmənin hakimi olacaq-İNAM KƏRİMOVU NAZİR VƏZİFƏSİNDƏ KİM ƏVƏZLƏYƏCƏK?

Read Next

Hava dumanlı və buludlu olacaq-SABAH

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir