Millət vəkilindən erməniyə cavab: “Məni Ermənistan “tarixi”nə inandırmağa çalışır…”

“Bu gün “Odnoklassniki” sosial şəbəkəsində Ermənistandan olan bir erməni mənə məktub yazıb. O, hansısa telekanalda mənim Ermənistan və erməni millətçiləri barədə çıxışımı dinləyib və mənə cavab verməyə çalışıb”.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Aydın Mirzəzadə öz “Facebook” statusunda yazıb.

“Yəqin ki, o, Azərbaycanın CBC telekanalında 9 dekabrda Beynəlxalq genosid qurbanları xatirəsi günü münasibəti ilə rus dilində gedən verilişdəki çıxışımı nəzərdə tutur.

Mən çıxışımda erməni millətçilərinin Azərbaycan torpaqlarında yaratdıqları süni dövlətdən, Dağlıq Qarabağ və ətraf zonanı işağldan, Xocalı soyqırımından və xaricdəki erməni diasporunu fəaliyyətindən danışmışdım.

Erməni məni Ermənistan tarixinə inandırmağa çalışır, mifik genosiddən və “erməni əzabları”ndan bəhs edir.

Yazıq Ermənistan cəmiyyəti. O, öz uydurduğu əfasanələrə özü də inanır və hələ də öz uydurmalarının özlərinə necə ağır problemlər yaratdığını dərk etmir”-deyə, millət vəkili sonra əlavə edib.

Etikxeber.az

Read Previous

XİN də İstanbul terraktını lənətlədi

Read Next

Putin də qanlı terraktla bağlı Ərdoğana başsağlığı verdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir