Millət vəkilindən telekanallara ciddi irad…

Aqil Abbas: Özəl kanallar təəssüflər olsun ki, Azərbaycan xalqını əfqan xalqına döndərib

Bizim teatrların çoxuna gedirəm. Yaxşı dramaturqlarımız da var, gözəl də pyeslər qoyulur, səhnələşdirilir. Gedin “Azdrama”nın, ya operanın afişasına baxın.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili, yazıçı-publisist Aqil Abbas deyib.

aqil_abbas_esas

“Düzdür, operada köhnələri qoyulur əsasən, təzə operalar az yazılır. Baleti də, axırıncı yazan deyəsən Polad Bülbüloğlu olub”-deyən, yazıçının sözlərinə görə, əslində bu gün ciddi tamaşaçı, izləyici problemi yaşanmır.

“Gənc Tamaşaçılar da, digərlərində də tamaşalar var və müəyyən qədər də tamaşaçı gəlir. Sadəcə, indi insanların əlində telefon, nə bilim nə, informasiya mənbələri və sairə çoxdur. Ona görə də kinoya az gedirlər. Çünki istədiyi kinoya internetdən açıb baxır, pul da vermir. Eyni zamanda, zövqlərin korlanması da iki yüz faizdir. Bu məsələ də var. Yəni, bu yöndəki iradlarla, fikirlərlə də razılaşıram. Azərbaycanın özəl kanalları, qurban olduqlarım, çox təəssüflər olsun ki, Azərbaycan xalqını əfqan xalqına döndərib”-deyə, A. Abbas sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Zaqatala aeroportu bərpa olunsun – DEPUTAT

Read Next

Növbəti büdcə müzakirələri təxirə salındı – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir