Millət vəkilindən ürəkağrıdıcı sözlər: “İnsanlar artıq vedrə ilə un almağa başlayıb”

“Bu gün əhalinin aztəmiantlı təbəqəsinə verilən ünvanlı sosial yardımların kəsilməsi məsələsi, təklifi cəmiyyətdə əlavə gərginlik və stress yaradacaq. Ona görə də  indiki çətin məqamda belə fikirlər səsləndirməkdən uzaq olmalıyıq”.
Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Qüdrət Həsənquliyevparlamentdə  büdcə müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə,  parlamentdə bir sıra həmkarı ünvanlı sosial yardımın kəsilməsi  təklifi ilə çıxış edib:
“Bunun da səbəbini  ünvanlı sosial yardımın verilməsindəki  qeyri-şəffalıqla izah ediblər. Hesab edirəm ki, bu, çıxış yolu deyil. Əgər ünvanlı sosial yardımın verilməsi dayandırılarsa, bu, cəmiyyətdə əlavə gərginliyə səbəb olacaq. Heç olmasa, əhalinin  aztəminatlı  təbəqəsi bu yardımdan istifadə  etməklə,  özünü birtəhər dolandırır. Ona görə cəmiyyətdə əlavə stress yaradacaq təkliflərdən uzaq olmaq lazımdır. Hesab edirəm ki, belə məsələnin gündəmə gətirilməsi ədalətsiz yanaşmadır”.
 Millət vəkili hökumətə ehtiyac meyarının da yaşayış minimumu səviyyəsinə çatdırılmasını təklif edib.
O, bildirib ki, heç olmasa,  az maaş  və pensiya alanlar bu vəsaitlə dükandakı borclarının bir qismini ödəyə bilsinlər:
“Regionlarda vəziyyət daha ağır olduğundan məsləyə diqqətlə yanaşmaq lazımdır. Artıq kəndlərdə insanlar vedrə ilə un almağa başlayıblar”.
Etikxeber.az

Read Previous

Deputatdan qorxunc PROQNOZ: “Kriminal artacaq”

Read Next

İşsizliyə görə veriləcək müavinətlərin artırılması gözlənilir – HADİ RƏCƏBLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir