Millət vəkilinin iştirakı ilə ölkə Prezidentinə həsr olunmuş-VİDEOKONFRANS KEÇİRİLDİ – FOTOLAR

Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Zərdab rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “QƏLƏBƏLƏRİMİZİN, ZƏFƏRLƏRİMİZİN BAŞ MEMARI-ALİ BAŞ KOMANDAN CƏNAB İLHAM HEYDƏR OĞLU ƏLİYEV” mövzusunda videokonfrans keçirildi.

Etikxeber.az xəbər verir ki, videokonfransda Milli Məclisin (MM) Ailə, Qadın, Uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva, Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən müəssisələrin direktor və əməkdaşları, eləcə də, Astara, Salyan, Siyəzən, Hacıqabul, Neftçala, Kürdəmir Heydər Əliyev Mərkəzlərinin direktorları iştirak etdilər.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova videokonfransı açıq elan edərək, mərhum Heydər Əliyevin müdrik və uzaqgörən siyasi kursunu uğurla davam etdirən, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını dərindən bilən, Azərbaycanın çiçəklənməsi və davamlı inkişafı üçün var qüvvəsini əsirgəməyən ölkə Prezidenti İlham Əliyevin həyat və fəaliyyəti barədə çıxış etdi.

Videokonfransda çıxış edən deputat Jalə Əliyeva bildirdi ki, 2003-cü ildən etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın həyatında baş verən davamlı inkişaf, iqtisadiyyatın sürətli yüksəlişi, ölkənin müasirləşməsi, simasının kökündən dəyişdirilməsi, Bakıda mötəbər beynəlxalq tədbirlərin keçirilməsi düşünülmüş siyasətin uğurla reallaşmasının nəticələridir.

“Son 17 il Azərbaycanımızın tarixinə ancaq uğurlar, naliyyətlər, qələbə illəri kimi yazılıb. Xalqımızın arzularını gerçəkləşdirən Qalib Liderimiz, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə minnətdarıq. Qalib Liderimiz İlham Əliyev son 200 ildə tarixi torpaqlarını ardıcıl şəkildə itirməyə məhkum edilmiş Azərbaycan xalqının milli mənliyini, mənəvi ruhunu özünə qaytardı, tarixi ədaləti bərpa etdi”– deyən Jalə Əliyeva bildirdi ki, Prezident İlham Əliyev qurucu lider, müzəffər sərkərdə və xalqımızın ən böyük arzularını gerçəkləşdirən şəxsiyyət kimi adını əbədi olaraq tarixə yazdı.

Jalə Əliyeva möhtəşəm Zəfərimizin əsas səbabkarı olan Ali Baş Komandanımız, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin dekabrın 24-də doğum gününün olduğunu qeyd edərək, bu münasibətlə dövlətimizin başçısını təbrik etdi, ona gələcək fəaliyyətində yeni-yeni uğurlar, can sağlığı arzuladı.

Videokonfransda Ağdaş Regional Mədəniyyət İdarəsinin Ağdaş rayonu üzrə nümayəndəsi İlqar Vəliyevin, Ucar Heydər Əliyev Mərkəzinin direktoru Mətanət Qəribovanın, Ağdaş Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Nişanə Yusifovanın, Zərdab Mədəniyyət Mərkəzinin direktoru Elyura Məmmədovanın, Astara Heydər Əliyev Mərkəzinin direktoru Kubra Səmədovanın, Zərdab rayon Həsən bəy Zərdabi Muzeyinin direktoru Vəfa Bayramovanın, Salyan Heydər Əliyev Mərkəzinin direktoru Nübar Əliyevanın, Kürdəmir Heydər Əliyev Mərkəzinin direktoru Dürriyyə Səmədovanın çıxışları dinlənildi.

Çıxışlarda qeyd olundu ki, Qələbəmizin həlledici amili ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin adı ilə bağlıdır. Dövlət, xalq və ordu o zaman güclü olur ki, ona güclü lider rəhbərlik edir. Bu mənada, bu gün Azərbaycan xalqının böyük coşqu ilə qeyd etdiyi Qələbəmizin baş qəhrəmanı Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevdir.

Bildirildi ki, biz hərb və diplomatiya cəbhəsində Prezident İlham Əliyevin liderliyini, sərkərdəlik nümunəsini gördük. Xalqımızın, dövlətimizin birliyi, dövlətimizin başçısına sonsuz inam bizim Qələbəmizlə nəticələndi. Ermənistan tərəfindən bir neçə il ərzində zəbt olunmuş və 30 il işğal altında qalan torpaqlarımız 44 gün ərzində işğaldan azad olundu.

Natiqlər vurğuladılar ki, bu Qələbə Azərbaycana sülh gətirməklə yanaşı, Cənubi Qafqazda da sülh və firavanlıq üçün etibarlı zəmin yaradır. Qazanılan möhtəşəm zəfər Azərbaycanın beynəlxalq müstəvidə mövqelərini daha da gücləndirəcək.

Videokonfrans iştirakçıları ölkə Prezidentinin doğum günü təbrik edərək, Uca və Qadir Allahdan ona millətimiz və dövlətimiz adına uzun, sağlıqlı, xeyirli-bərəkətli ömür arzuladılar.

Etikxeber.az

Read Previous

12 min 523 hərbi qulluqçu “Cəbrayılın azad olunmasına görə” medalı ilə-TƏLTİF EDİLDİ – SİYAHI

Read Next

“Onun düşüncələri digər dövlət başçılarından xeyli fərqlənir…”-KAMAL LAÇINOV YAZIR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir