Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Balaca balamız, əslən Zərdabın Məlikli kəndindən olan, hazırda Bakıda yaşayan 9 yaşlı Soltanova Arzu Elman qızı Yeni il öncəsi mənə məktub yazaraq, bildirmişdi ki, 4-cü sinif şagirdidir, dərslərini yaxşı oxuyur. Lakin dərslər online keçdiyi üçün çətinlik çəkir. Çünki kompüteri yoxdur.
Etikxeber.az xəbər verir ki, bunu sosial şəbəkə hesabında millət vəkili Jalə Əliyeva yazıb.
“Valideynlərinin işsiz və 1-ci qrup əlil olduqlarını və buna görə ona kompüter ala bilmədiklərini yazan Arzu, məndən məktubunu Şaxta babaya verməyimi xahiş etmişdi. Qızım Müjgan bu məktubdan xəbər tutan kimi, xeyirxah rəfiqələri ilə birlikdə Arzunun çoxdankı arzusunu yerinə yetirdilər”-deyə, qeyd edən millət vəkili yazıb ki, onlar Şaxta babalıq missiyasını öz üzərlərinə götürüb, Şaxta babanın əvəzinə yeni il gecəsi kompüter alıb, üstünü də yeni il oyuncaqları ilə bəzəyib balaca Arzuya göndəriblər.
“Gözəl ürəkli əziz qızlarım, bu xeyirxahlığınıza, bu ürəyinizə görə sizə minnətdaram”-deyə, o, sonra yazıb.
Etikxeber.az





