Millət vəkilləri Heydər Əliyev haqda: “Azərbaycanın söykəndiyi dağdı… “

Azər Badamov : “O, cismən yanımızda olmasa da,  mənən, daima bizimlə yaşayır və yaşayacaq”
Adil Əliyev: “Heydər Əliyev şəxsiyyəti tükənməz və öyrənildikcə öyrəniləsi bir dünyadı, ümmandı… “

“Heydər Əliyev dünyanın nadir, unikal, seçilən siyasət adamı idi. O, dünya siyasətinə təsir etmək gücündə olan lider idi. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə uzaqgörən daxili və xarici siyasəti ilə ölkənin nüfuzunu artırmış, hərtərəfli inkişafına nail olmuş, müstəqilliyini əbədi və dönməz etmişdir”.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Adil Əliyev dilə gətirib.
O, deyib ki,kiçik bir ölkə Heydər Əliyevin uğurlu siyasəti sayəsində dünyada tanınan nüfuzlu bir dövlətə çevrilmişdi. Bu siyasətin icraçısı ulu öndərimizin layiqli siyasi varisi cənab İlham Əliyevdir:
 
 “Onun rəhbərliyi ilə Heydər Əliyev siyasəti yaşayır və uğurla davam etdirilir. Azərbaycan Respublikası Heydər Əliyev siyasəti ilə irəliləyir və yaşayır. Heydər Əliyev siyasəti Azərbaycanın uğurlarının əsasıdır, gələcəyə istiqamətlənmişdir. Azərbaycanın çağdaş dövrünün yeni intibah mərhələsinin banisi sayılan Heydər Əliyev şəxsiyyəti tükənməz və öyrənildikcə öyrəniləsi bir dünyadı, ümmandı… 
 
Heydər Əliyev Azərbaycanın söykəndiyi dağdı… O dağınsa zirvəsi çox ucadır, ucadan da uca… Bu da danılmaz həqiqətdir ki, həmin uca zirvədən boylanan Günəşin – Heydər Əliyev dühasının tükənməz nuru Azərbaycanın müstəqilliyinin əbədiliyinə, millətimizin işıqlı sabahlarına daim işıq saçacaq…”

 

azer-badamov

Digər millət vəkili Azər Badamovun bildirdiyinə görə, 14 ildir ki, xalqımızın ümummilli lideri, müstəqil Azərbaycanın qurucusu, dahi insan, böyük şəxsiyyət Heydər Əliyev yanmızda, aramızda yoxdur. 
 
“Amma, O, cismən yanımızda olmasa da, mənən, daima bizimlə yaşayır və yaşayacaq.  Onun müqəddəs ruhu daim bizimlədir, daim Azərbaycanla olacaq.  Allah rəhmət eləsin. Ruhu şad olsun!“-deyə, millət vəkili sonra sözlərinə əlavə edib.
 
Etikxeber.az

Read Previous

Hindistanda Maradonanın heykəli ucaldıldı: ÖZÜ DƏ AÇILIŞA QATILDI – FOTO

Read Next

İlham Əliyev Heydər Əliyevin məzarını ziyarət etdi – FOTO – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir