Millət vəkilləri illər sonra məzunu olduqları liseyə getdilər və… – FOTOLAR

21 may 2019-cu il tarixində liseyimizin məzunları- Azərbaycan Respublikası Milli Məclisinin deputatları Azər Badamov və Kəmaləddin Qafarov qonağımız oldular.

Etikxeber.az-ın xəbərinə görə, bu barədə Kimya-Biologiya Təmayüllü Respublika Liseyinin yaydığı məlumatda bildirilir.

“Deputatlar liseyimizin müəllim və şagirdləri ilə səmimi görüş keçirdilər, liseyimizdə təhsil aldıqları illər barədə öz təəssüratlarını bölüşdülər, müəllim və şagirdlərlə şəkil çəkdirdilər və liseyin xatirə kitabında öz ürək sözlərini yazdılar.

Liseyimizin rəhbərliyi, müəllim və şagirdləri adından vaxt ayırıb bizimlə görüşə gəldiklərinə görə MƏZUNLARIMIZA DƏRİN MİNNƏTDARLIĞIMIZI BİLDİRİRİK!”-deyə, sonra məlumatda qeyd olunur.

Millət vəkili Azər Badamov isə  saytımıza qısa açıqlamasında bildirib ki, hələ də həmin görüşün xoş hissləri və duyğuları altındadır:

“Bu görüş çox yaddaqalan və çox əlamətdar bir görüş oldu. Hesab edirəm ki, bu görüş hələ uzun illər yaddaşımdan, hafizəmdən silinməyəcək. Məzunu olduğun məktəbə getmək, yenidən o illərə qayıtmaq,  yenidən o gözəl anları yaşamaq və xatırlamaq, üzərində əziyyəti və zəhməti olan insanlarla, müəllimlərlə, həmçinin, liseyin yeni məzunları ilə tanışlıq imkanı əldə etmək sözlə ifadə edilməyəcək anlar, hisslərdir. Görüş zamanı bir daha duyğulandıq, bir daha təsirləndik, bir daha həyəcanlandıq, yenə deyirəm, gözəl hisslər, gözəl anlar idi. Belə bir görüşü təşkil etdiyi, bir daha o gözəl anları yaşatdığı üçün liseyin rəhbərliyi başda olmaqla, hər bir kəsə, məzunlara öz minnətdarlığımızı bildirir, təşəkkürlərimizi ifadə edirik. Allah hər birindən razı olsun!”.

lisey

lisey-2

lisey-3

lisey-4

lisey-5

lisey-6

Etikxeber.az

Read Previous

“Burada qəbahət haradadır?” – RÜFƏT QULİYEV AYDINLIQ GƏTİRDİ

Read Next

Milli Məclis rəhbərliyi gəncləri parlamentə topladı…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir