Millət vəkilləri qış tətilindən qayıtdı, komitə iclasları başladı…

Milli Məclisin (MM) qarşıdan gələn 2019-cu il yaz sessiyası ilə bağlı parlamentin komitə iclasları başlayır.

Etikxeber.az-ın xəbərinə görə, ilk komitə iclası bu gün MM-in Mədəniyyət komitəsinin iclası olacaq.

İclasda 2018-ci ilin payız sessiyasında görülmüş işlərin hesabatı, həmçinin, komitənin növbəti yaz sessiyası ilə bağlı qanunvericilik işləri planı müzakirə edilib, təsdiqlənəcək.

Qeyd edək ki, komitənin gündəmində muğam sənətinin, aşıq sənətinin qorunması və inkişaf etdirilməsi, yazılı abidələr, adlar və soyadlarla bağlı və digər qanun layihələri var.

Eyni zamanda, bu gün parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası olacaq ki, ənənəvi olaraq bu iclasda da jurnalistlər məhdud sayda iştirak edəcək.

Onu da qeyd edək ki, sabah MM-in daha bir komitəsinin-Səhiyyə komitəsinin iclası keçiriləcək.

musa-teze

Bu haqda isə  mətbuata adıçəkilən komitənin sədr müavini Musa Quliyev məlumat verib.

O, qeyd edib ki, islasda son 2018-ci il payız sessiyasının hesabatı və 2019-cu il yaz sessiyası ilə bağlı komitənin qanunvericilik işləri planı müzakirə ediləcək.

Onun sözlərinə görə, komitənin gündəmində əsasən 3 qanun layihəsi –“Reproduktiv sağlamlıq haqqında”, “Optika haqqında” və “ İnsan orqan və toxumalarının transplantasiyası haqqında” qanunvericilik aktları var.

Yaz sessiyasında Səhiyyə komitəsi daha çox bu qanun layihələrinin müzakirəsi, plenar iclasa tövsiyə və qəbulu ilə məşğul olacaq.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

 

Read Previous

“Azəriqaz” havanın kəskin dəyişəcəyi ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçdi

Read Next

Bakıda və Abşeronda şimal-qərb küləyi saniyədə 30-35 metrədək şiddətlənib – NAZİRLİK

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir