Milli Məclisin (MM) deputatları Naqif Həmzəyev və Rüfət Quliyev Ukraynada keçiriləcək prezident seçkilərinin 2-ci mərhələsini izləmək üçün aprelin 19-da Kiyev şəhərinə səfərə gedəcəklər.
Etikxeber.az MM-ə istinadən xəbər verir ki, Naqif Həmzəyev Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyasının tərkibində prosesə qatılacaq.
Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rüfət Quliyev isə MM-in xətti ilə prosesi müşahidə edəcək.
Millət vəkilləri bir sıra seçki məntəqələrində olacaq, seçkinin gedişini və seçicilərin fəallığını izləyəcəklər.
Səfər aprelin 22-də başa çatacaq.
Etikxeber.az