Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu ilin martın 10-da öz fəaliyyətinə start verən yeni tərkibli 6-cı çağırış Milli Məclis (MM) ilk sessiyasını-yaz və növbədənkənar sessiyalarını başa vurub.
Etikxeber.az-ın xəbırinə görə, belə ki, spiker, professor Sahibə Qafarovanın sədrliyi ilə bu gün MM-in növbədənkənar sessiyasının sonuncu iclası keçirilib.
Bəzi millət vəkillərini çıxmaqla, əksər millət vəkilləri sonuncu iclasa qatılıblar.
Bununla da MM, daha doğrusu, millət vəkilləri yay tətilinə çıxıblar.
MM-in növbəti-payız sessiyası isə sentyabrın sonuncu və ya oktyabrın ilk günündə öz işinə start verəcək.
Ancaq sentyabr əvvəllərindən, ayın 15-dən millət vəkilləri tətildən geri dönəcək, komitələr payız sessiyası ilə bağlı fəaliyyətlərini davam etdirəcək, iclaslarını keçirəcək, qanunvericilik işləri planlarını müzakirədən keçirib, təsdiqləyəcəklər.
Payız sessiyası həm də daha çox büdcə sessiyası hesab olunur.
Büdcə müzakirələrinə (oktyabrın sonları-noyabrın əvvəllərində) əvvəlcə komitələr, sonra isə plenar iclaslar səviyyəsində baxılacaq və yekunda 2021-ci ilin büdcə paketi təsdiq olunacaq.
Qeyd edək ki, parlamentin son iclaslarından birində Maliyyə naziri Samir Şərifov artıq hökumət səviyyəsində 2021-ci ilin büdcə zərfinin hazırlıqlarına start verildiyini bildirmişdi.
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az