Millət vəkillərindən ETİRAZ: ” O yaşda uşaq əxlaqı, çalışqanlığı ilə fərqlənməlidir”

“Çox bahalı avtovobili ilə 24 yaşlı iki uşaq anasını öldürən 14 yaşlı azyaşlının (bəziləri 16 olduğunu yazır) sosial mediada paylaşılan şəkillərini gördüm. İçki içərkən, qəlyan çəkərkən və sair və həmin fotolardan baxan uşaqğın həyat tərzini təxmin etmək çətin deyil. Kimsə, ata-analar öz övladlarını necə bədbəxt edirlər deyə, danışanda bu hadisəni diqqətdən qaçırmamalıdır”.

ganira_pashayeva_180215_1

Etikxeber.az xəbər verir ki,  bunu millət vəkili Qənirə Paşayeva dilə gətirib.

O, qeyd edib ki, 24 yaşlı gənc ananın ölümündə ilk öncə günahkar 14 yaşında uşağa bir müəllimin ömrünün sonuna qədər qazanıb ala bilməyəcəyi qiymətə maşın alıb məktəbə göndərən atadır.

Onun sözlərinə görə, bu gün iki uşağı yetim qalan gənc ananın ölümündə ilk öncə suçlu olan. yaşı çatmayan və demək sürücülük vəsiqəsi olmayan bir uşağa sənədsiz maşın sürməyə imkan verən, buna şərait yaradan ailədir.

“Bu uşağın sənədsiz şəhərdə necə maşın sürə bilməsi də ciddi araşdırılmalıdır. Bəs bu sahəyə cavabdehlər niyə addım atmayıblar? Atıblarsa, hansı addımlardır, ictimaiyyət bilməlidir. Çünki bir gənc insan həyatını itirib və iki uşaq anasız böyüyəcək. Atanın mətbuatdakı açıqlamalarını baxdım. Böyük təssüf, qınaq və hiddət hissi ilə… Bu cür atalara demək istəyirəm ki milləti düşünmürsünüzsə heç olmasa övladınızı, onun gələcəyini düşünün”.

Millət vəkili bildirib ki, bir uşaq özünün əlində içki, ağız dolusu qəlyan tüstüsü, bahalı maşınla pozları ilə qürur duymamalıdır, bunu etməməlidir:

“Bu, onun gələcəyinin məhv olması deməkdir. Neçə-neçə insanın həyatını məhv etməsi deməkdir. O yaşda bir uşaq məktəbdəki təhsili ilə, əxlaqı, çalışqanlığı ilə fərqlənməlidir. O pulları uşaqlarınızın məhvinə deyil, kasıblara, ehtiyacı olanlara, yaxşı bir işə dəstəyə xərcləyin və uşağınız da sizin bu əməllərinizi görüb doğru tərbiyə olunsunlar. Onsuz da sizin pulunuz Allah nəsib etsə, övladınıza qalacaq. Kiçik yaşlarda yazıq etməyin övladlarınıza, onların tərbiyəsinə… Sonra da əziyyətini sizdən çox başqaları çəkir və buna haqqınız yoxdur. Qudurğan pozlar, həyat tərzi heç bir normal insanda rəğbət yaratmır tam əksi nifrət yaradır. Qanunlar, hüquq öz yerində və ümid edirik ki ədalət yerini tutacaq.

Amma əgər bir az vicdan anlayışı varsa o ailə və iki uşaq anasını yetim qoyan o “uşaq” bir ömür vicdan əzabı cəzası çəkəcəklər. Amma bu cinayet cəzasız qala bilməz və qalmamalıdır. Zəngin insanlar bu hadisəyə, insanların haqlı hiddətinə, qəzəbinə, etirazına diqqətlə yanaşmalı və dərs almalıdırlar. Müvafiq qurumlar da ciddi tedbirlər görməlidirler. Qanınlar qarşısında hamı eyni olmalıdır. Porşe avtomobili də, onun sahibi də qanun və qaydalardan üstün deyil və olmamalıdır. Yetər! Hər kəs pulu özü üçün qazanır və ondan başqalarını əzmək üçün istifadə etməyə heç kəsin haqqı yoxdur”-deyə, Q. Paşayeva daha sonra sözlərinə əlavə edib.

eldeniz salimov-1

“Valideynlər belə məsələlərdə çox diqqətli olmalıdırlar, övladlarını düzgün təlim-tərbiyə etməlidirlər, onlar imkan verməməlidirlər ki…

Millət vəkili Eldəniz Səlimov da sözügedən hadisədən çox dərin təəssüf hissi keçirdiyini və 14-16 yaşlarında olan bir uşağa-yeniyetməyə sükan arxasında əyləşməyə imkan, şərait yaradan valideynlərin, cavabdeh şəxslərin bu addımının yolverilməz, qəbuledilməz olduğunu söyləyib.

Millət vəkilinin sözlərinə görə, çünki heç kimin haqqı yoxdur ki, kimsənin həyatına, bədbəxtliyinə, ölümünə bais, faciəsinə səbəb olsun.

“Bu hadisə, bu olay hər kəs tərəfindən qınanılmalıdır. Bunun bəraəti ola bilməz.  Düzdür, həyatda kimsə nədənsə sığortalanmayıb, amma kimsənin də haqqı yoxdur ki, başqasının həyatını məhv etsin, ailəsini, yaxınlarını  ömürlük göz yaşları içində qoysun. Xüsusilə də, valideynlər belə məsələlərdə çox diqqətli olmalıdırlar, övladlarını düzgün təlim-tərbiyə etməlidirlər. Onlar imkan verməməlidirlər ki, övladları qudurğan, harın böyüsün. Əksinə, elə təlim-tərbiyə verməlidirlər ki, övladları əsl vətəndaş kimi yetişsinlər, ölkənin gələcəyinə, inkişafına töhfə verəcək  insanlar olsunlar. Bu, hamımızın, övlad sahibi olan hər birimizin valideynlik borcudur, valideynlik məsuliyyətidir…”-deyə, E. Səlimov daha sonra qeyd edib.

Etikxeber.az

 

 

 

Read Previous

“Çünki bu ölkədə müharibə gedir…” – POLİTOLOQUN YAZISI

Read Next

24 yaşlı qadını öldürən məktəblinin Zakir Fərəcovun qardaşı oğlu olduğu üzə çıxdı…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir