Millət vəkillərinin etirazı nəzərə alındı – DƏYİŞİKLİK QƏBUL EDİLMƏDİ

Deputatların “Lotereyalar haqqında” qanundakı son dəyişikliyə etdikləri etiraz nəzərə alınıb.

Etikxeber.az xəbər verir ki, belə ki, deputatlar qanun layihəsində təklif olunan Tiraj Komissiyasının üzvlərinin sayının 5-dən 3-ə endirilməsinə etiraz etmişdilər.

Bu gün sözügedən qanunun üçüncü oxunuşda müzakirəsi zamanı parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, deputatların Tiraj komissiyasının üzvlərinin 5 nəfər saxlanılması təklifi qanunverici təşəbbüsü subyekti tərəfindən nəzərə alınıb.

Layihə səsə qoyularaq qəbul edilib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

“Danışıqlar Komissiyası yaradılsın ki…” – ZAHİD ORUC – YENİLƏNİB

Read Next

Milli parlamentimizin ilk iclası ilə bağlı yeni və ayrıca iclas keçirilsin

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir