Millət yalnız universitetləri ilə güclü olur! – MİLLƏT VƏKİLİ

Bakı Ali Neft Məktəbində (BANM) Ali Məktəbin 7 yaşının tamam olması münasibətilə Qiraət müsabiqəsi keçirilib.

Etikxeber.az xəbər verir ki, “Qəlbim səni seçdi” adlı qiraət müsabiqəsi üçün təşkil edilmiş tədbirdə BANM-ın rektoru Elmar Qasımov, millət vəkilləri Zahid Oruc Qüdrət Həsənquliyev, Ali Məktəbin professor-müəllim heyəti və tələbələri iştirak ediblər.

Tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbiri öz sözlərilə açan  BANM-ın rektoru Elmar Qasımov hər kəsi salamlayaraq bildirib ki, Ali Məktəb 29 noyabr 2011-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanı ilə SOCAR-ın strukturunda yaradılıb, 2017-ci ilin mayında isə Prezident İlham Əliyev tərəfindən BANM-ın yeni kampusunun açılışı olub.  Rektor həmçinin qeyd edib ki, BANM artıq neçə illərdir ki Təhsil Nazirliyinin illik hesabatında tələbə qəbulu üzrə ən yüksək orta bala görə reytinq cədvəlində liderdir.

Sonra Milli Məclisin deputatları Z. Oruc və Q. Həsənquliyev tədbirdə çıxış edərək Ali Məktəbin 7 yaşı münasibətilə onun bütün kollektivini təbrik edib, Azərbaycanda yüksək infrastruktura malik  və keyfiyyətli təhsil verən bu cür ali təhsil müəssisəsinin olması ilə fəxr etdiklərini bildiriblər.

Zahida

Z. Oruc bununla bağlı Etikxeber.az-a açıqlamasında  zamanı deyib ki, Azərbaycan təhsil məkanına cəmi 7 il əvvəl daxil olan Bakı Ali Neft Məktəbi 21-ci əsrin sürətli inkişaf və rəqabət mühitinin tələbləri çərçivəsində xalqımızın sayseçmə balalarını gələcəyin kadrları kimi hazırlayan qürurverici elm ocaqlamızdan birinə çevrilib:

“Göründüyü kimi qısa bir zaman çərçivəsində millətimizin rəğbətini və seçimini qazanmaq yalnız informasiya məkanındakı təbliğat, tələbə sayının rasionallığı və yetərli maliyyə imkanları hesabına mümkün ola bilməzdi. Şübhə yoxdur ki, ölkə başçısının qarşıya qoyduğu tələblər və standartlar burada yetərincə yüksək olub, həmçinin qabaqcıl dünya təcrübəsinin öyrənilməsi və peşəkarlıqla tətbiq edilməsi əldə olunan uğurların bir nömrəli təminatına çevrilib. Prezidentin tapşırığı ilə Qərbin təhsil aləmində liderliyi ilə seçilən və hər il 10 minlərlə tələbəni öz qoynuna alan Böyük Britaniyanın proqramları əsasında formalaşan, eləcə də Avropada mühəndis hazırlığına dair laborator və digər təcrübi avadanlıqlarla təchiz olunan bir müəssisədə professor-müəllim heyəti ilə işi sağlam prinsiplər, ədalətli idarəetmə qaydaları ilə əhatə etdiyinizdə şübhəsiz ki, böyük uğurlara imza atmaq mümkün olur”.

Onun sözlərinə görə, Məktəbin ötən il inşa olunan və Cənubi Qafqaz regionunda ön yeri tutan kampusun ölkə prezidenti İlham Əliyevin özünün iştirakı ilə açılması  uzun illər hər birimizin arzuladığı komplektləşmiş təhsil ocağı nümunəsi kimi BANM-ni qürur ünvanına çevirir:

“Şübhə yoxdur ki, Qərbin az qala 1000 illik universitet qurma tarixi və təcrübəsi fonunda Bakı Ali Neft Məktəbinin planları, ambisiyaları və strategiyaları bir çoxlarına əlçatmaz görünə bilərdi.Lakin cəmi bir dəfə Məktəbi ziyarət etmək kifayətdir ki, oradakı sağlam mühiti, doğma münasibətlər sistemini, bürokratizmdən uzaq tələbə-müəllim tandemini görəsən və əmin olasan ki, bura yaxşı bir elm məbədidir.Təhsil sahəsində böyük təcrübəsi və yetkilliyi ilə fərqlənən rektor Elmar Qasımovun bütün varlığı ilə rəhbərliyi etdiyi elmi müəssisəyə bağlı olması, sadə və əlçatan xarakteri, sağlam prinsipləri əldə əsas götürməsi, xarizmatik keyfiyyətləri artıq ilk məzunlarına həyat vəsiqəsi verən bir qurumun nailiyyətlərinin özülündə dayanan mühüm amillərdir.Rektor  obrazı şübhəsiz administrativ və ideoloji yükü birgə daşıyanda, həmçinin milli mənafeləri və qabaqcıl elmi tendensiyaları özündə ehtiva edəndə nəinki keçmiş rəhbər kultları sınıb-dağılır, eləcə də indiki şəraitdə böyük təhsil islahatları şəraitində ən yaxşı nümunələrdən birinə çevrilir.Elmar Qasımovu dünən başçılıq etdiyi təhsil ocağının əzəmətli salonunda 500 dən artıq müəllim-tələbə-valideyn heyəti qarşısında ötkəm və güvənilən çıxış etməsinin də səbəblərini burada axtarmaq lazımdır.Gerçəkdən də 30-dan artıq prezident təqaüdçüsü əgər gələcək taleyini buraya bağlayırsa,Məktəbə qəbul balı 650dən yuxarı qalmaqda davam edirsə, onda istər Azərbaycanda fəlaiyyət göstərən BP,Emerson, Hallubarton və digər onlarla nüfuzlu şirkətlər, eləcə də qardaş Türkiyədə Əliyevlə Ərdoğanın birgə iradəsi ilə qurulan Star zavodunda Bakı Ali Neft Məktəbinin yetirmələrinin xüsusi bir çəkiyə sahib olması tamamilə təbiidir”.

Millət vəkili deyib ki, belə bir mühitdə çoxları üçün yalnız mühəndis, texniki təfəkkür sahibləri kimi görünən adamların qəlblərində təkcə mərəkkəb texnoloji qurğulara deyil, eləcə də təmsil etdikləri millətin tarixinə, mədəniyyətinə, ədəbiyyatına və incəsətinə bağlılığı görmək gerçəkdən də çox təsirli səhnələr idi.

“Bədii qirayət üzərində 7 yaşını qeyd edən bir təhsil ocağının xoş  mühitində  dünən Yaponiyanın nüfuzlu Fuji Tv-nin Azərbaycana 2 saatlıq film üçün gələn əməkdaşları da, eləcə də çoxsaylı qonaqlar da öz doğma evlərinin qaynarlığını hiss edirdilər.Şübhə yoxdur ki,160 ildən artıqdır ki, yalnız neftlə məşhurlaşan Bakını gələcəkdə nüfuzlu təhsil ocaqları ilə də tanıyacaqlarına hər kəsdə dərin bir inam var.Bakı Ali Neft Məktəbi beynəlxalq məkana çıxa biləcək simvollarımızdan biridir və ocağın istisini qorumaq,yaymaq və gücləndirmək lazımdır.Axı millət yalnız universitetləri ilə güclü olur!”

Etikxeber.az

 

 

Read Previous

Zurabaşvilinin prezidentliyi Gürcüstan-Azərbaycan münasibətlərinə necə təsir göstərəcək?

Read Next

Dəyişikliklər vergi aurasını yaxşılaşdıracaq – ZİYAD SƏMƏDZADƏ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir