Millətlər Liqasının növbəti turu – AZƏRBAYCAN İLK QƏLƏBƏSİNİ QAZANDI: 3-0

Oktyabrın 11-də UEFA Millətlər Liqasının üçüncü turunun növbəti oyunları keçirilib.

Etikxeber.az xəbər verir ki, A liqasının 3-cü qrupunda yer alan Portuqaliya yığması səfərdə Polşa seçməsi ilə qarşılaşıb.

Portuqaliyalılar oyunun ilk dəqiqələrində hesabda geri düşüb. Qarşılaşmanın 18-ci dəqiqəsində Krizistof Piatek fərqlənib. Oyunun favoriti sayilan qonaqlar birinci hissənin sonralarına yaxın iki qol vuraraq (Andre Silva, Kamil Qlik) birinci hissəyə 2:1 hesablı üstünlüklə yollanıb.

Fasilədən sonra Portuqaliya millisi yenidən fərqlənib. Vilyam Karvalyonun ötürməsini “Mançester Siti”nin hücumçusu Bernardo Silva dəqiq zərbə ilə tamamlayıb – 1:3.

millat liqa

Oyunda son nöqtəni polşalılar qoyub. Robert Levandovskinin ötürməsini Yakub Blaşikovski qola çevirib – 2:3. Bu qələbə ilə Portuqaliya millisi xallarının sayını 6-ya çatdıraraq qrupda birinci pillədə yerini möhkəmlədib. Polşa millisi isə 1 xalla üçüncü yerdədir.

Azərbaycan yığması UEFA Millətlər Liqasının qrup mərhələsində ilk qələbəsini qazanıb. D liqasında 3-cü qrupda yer alan Azərbaycan seçməsi səfərdə Farer Adaları yığması ilə qarşılaşıb. Paytaxt Torshavndakı “Torsvollur” stadionunda keçirilən oyunda Azərbaycan yığmasının 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Qrupun digər oyununda Kosovo millisi Maltanı qəbul edib. Matç Kosovonun 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Üç turdan sonra Qurban Qurbanovun yetirmələri 5 xalla qrupda ikinci pilləyə yüksəliblər. Kosovo 7 xalla birinci, Farer Adaları 3 xalla üçüncü, Malta isə 1 xalla sonuncu pillədə qərarlaşıb.

Turun digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:

B liqası 2-ci qrupu

Rusiya – İsveç – 0:0

C liqası 1-ci qrup

İsrail – Şotlandiya – 2:1

C liqası 4-ci qrup

Montenegro – Serbiya – 0:2

Litva – Rumıniya – 1:2

Etikxeber.az

Read Previous

“Azərbaycan ərazi bütövlüyü məsələsində bir addım belə, geri çəkilməyəcək” – MİLLƏT VƏKİLİ

Read Next

Üç gündən sonra bizi vacib oyun gözləyir – QURBAN QURBANOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir