Millət vəkili 9 Şəhid ailəsini-ZİYARƏT ETDİ – FOTOLAR

Deputat Əminə Ağazadə Kürdəmir rayonunda şəhid ailələrini ziyarət edib.

Etikxeber.az xəbər verir ki, Şəhid ailələri ilə görüşdə millət vəkilini rayon ziyalıları, Kürdəmir rayon İcra hakimiyyətinin nümayəndələri, din xadimləri müşaiyət edib.

İlk olaraq Şəhidlər Xiyabanı ziyarət edilib, Səhidlərimizin xatirəsi anılıb.

Ə. Ağazadə Şəhid məzarlarının üzərinə gül dəstələri qoyaraq, onların xatirəsini ehtiramla yad edib.

Heyət üzvlərindən rayonun tanınmış din xadimi Aqil Hoca Şəhidlərimizin ruhuna dualar oxuyub, onlara Uca Tanrıdan rəhmət diləyib.

Bundan sonra rayonun Qarasu kəndindən olan Şəhid ailələri ilə görüş keçirilib.

Millət vəkili Şəhid valideyinlərinə öz dərin ehtiramını bildirərək, onlara başsağlığı verib, arzu və istəklərini dinləyib.

Şəhid valideyinlərinin xahişləri ilə əlaqədar konkret tapşırıqlarını verən millət vəkili Azərbaycan dövlətinin, Azərbaycan xalqının öz Şəhidlərinin xatirəsini daim yaşadacağına, onların adlarının yaddaşlarımızdan silinməyəcəyinə əminliyini ifadə edib.

Növbəti görüşlər rayon mərkəzində yaşayan Şəhid ailələri ilə keçirilib.

Deputat Şəhid ailələrində olarkən dövlət strukturları tərəfindən onlara göstərilən diqqət və qayğı ilə maraqlanıb, bu istiqamətdə görüləcək işlər haqqında heyət üzvləri ilə fikir mübadiləsi aparıb.

Səfərinin sonunda millət vəkili Şəhid ailələri və qazilərə göstərdikləri xüsusi diqqətə görə, filologiya üzrə fəlsəfə doktoru Yaqut Əşrəfovaya, rayonun 1 saylı Cümə məscidinin imamı Aqil Hocaya, rayon İcra Hakimiyyətinin məsul işçisi, “Qarabağ müharibəsi veteranları və şəhid ailələri” İctimai birliyinin rəhbəri Fərəc müəllimə deputat adından təşəkkürnamələri təqdim edib.

Deputat ilk səfərində doqquz Səhid ailəsini ziyarət edib.

Növbəti səfələrdə rayon ərazisindəki digər şəhid ailələri də ziyarət ediləcək.

Etikxeber.az

Read Previous

KİVDF-nin əsasında Medianın İnkişafı Agentliyi yaradıldı-ƏHMƏD İSMAYILOV İCRAÇI DİREKTOR TƏYİN OLUNDU – YENİLƏNİB

Read Next

“Hayati bəy Azərbaycana, xalqımıza böyük sevgisi olan insanlardandır…Bunu onunla söhbətimiz zamanı bir daha hiss etdim, hər kəlməsində Azərbaycana isti münasibət, qardaş sevgisi duyulurdu…”-MİLLƏT VƏKİLİ – (ÖZƏL)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir