Millət vəkili bank tərəfindən vətəndaşın məzilinin müsadirə olunmasına-İMKAN VERMƏDİ…

Bugünlərdə mənə Mingəçevirdən bir nəfər müraciət etdi. O, 2015-ci ildə bankların birindən dollarla kredit götürüb, ancaq manat dəyərdə aşağı düşdükdən sonra kredit borcunu qaytarmaqda çətinlik çəkib. Axırıncı dövrlərdə ödəniş imkanı zəiflədiyinə görə, kredit ödənişində problemlər yaranıb. Bankla razılaşması baş tutmayıb və bank onun girov kimi qoyduğu mənzilinin müsadirə ediılməsi üçün məhkəməyə müraciət edib.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Aydın Mirzəzadə deyib.

Bildirib ki, məhkəmə iclası yaxın günlərdə olmalı idi.

“Bankla əlaqə yaradaraq Mingəçevir sakininə bank şərtlərinin yumşaldılmasını, vətəndaşın mənzilinin əlindən alnmasına imkan verilməməsini təkidlə onlarla danışdım. Bu gün vətəndaşdan xəbər gəldi. Bankla danışıqları müsbət nəticə verib, onlar kreditin ödənilməsində ortaq məxrəcə gəliblər və bank mənzilinin alınması üçün məhkəməyə müraciətini geri götürüb”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

Daha 2317 yeni yoluxma-DAHA 36 ÖLÜM…

Read Next

Belə bir kitab var–ARAZ ŞƏHRİLİNİN KİTABI…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir