Millət vəkili Biləsuvardan olan, orden və medallarla təltif edilən Şəhid və Qazilərin ailələri ilə-ƏLAQƏ SAXLADI VƏ…

Bu gün Zəfər tariximizin yazılmasında şəxsən iştirak edərək böyük hünər və rəşadət göstərən, “Azərbaycan bayrağı”ordeni ilə təltif olunan Kəlbiyev Rasim Faiq oğl, habelə həmin ordenlə təltif olunmuş Muradov Tofiq İmaməli oğlunun və “Vətənə xidmətə görə” medalı ilə təltif olunan Höccətov Elşad Höccət oğlunun isə ailə üzvləri ilə əlaqə saxlayaraq, yüksək təltif münasibəti ilə təbriklərimi çatdırdım, onlarla qürur duyduğumuzu bildirdim.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Bəhruz Məhərrəmov deyib.

“Bu gün həmçinin, Qazimiz, ailənin yeganə övladı Bayramlı Elmar Nazim oğlunun anası, habelə eyni vaxta cəbhəyə iki oğul yola salmış igidlərimiz Mərhəmət və Məhəbbət Rzazadə qardaşlarının isə atası ilə əlaqə saxlayaraq, qayğıları ilə maraqlandım, bu cür oğullar yetişdirdikləri üçün onlara təşəkkür etdim. Allah Azərbaycan ordusunu qorusun!”-deyən millət vəkili eyni zamanda bildirib ki, bu gün Biləsuvarın qəhrəman oğullarından, İkinci Vətən Müharibəsində rəşadət göstərərək 3-cü dərəcəli “Vətənə xidmətə görə” medalı ilə təltif olunan Şəhid Vəliyev Sehran Nizami oğlu və “Vətən uğrunda” medalı ilə təltif olunan Şəhid Sarıyev Vüqar Fikrət oğlunun ailə üzvləri ilə əlaqə saxlayıb.

“Onların qayğıları ilə maraqlandım. Hər iki şəhidimizin ailəsi bu yüksək təltifə görə ölkə rəhbərliyinə təşəkkürlərini çatdırmağımızı xahiş etdilər.Allah rəhmət eləsin!”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

Prezident Ədilə Namazovanın vəfatı ilə əlaqədar nekroloq-İMZALADI…

Read Next

Azərbaycan dünyanın “Ən islahatçı on ölkəsi” sırasına-DAXİL OLDU…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir