Millət vəkili-“CANLI ENSİKLOPEDİYA” İLƏ BİR ARADA -FOTOLAR

Bu gün Zərdabın Məmmədqasımlı kəndində rayon ağsaqqalı, veteran jurnalist, mən deyərdim rayonun canlı ensiklopediyası olan Akif Cavadovu ailə üzvlərimlə birlikdə ziyarət etdik. Akif müəllimi uşaqlığımdan tanıyıram. Və onun Zərdab haqqındakı, buranın az qala hər bir insanı haqqındakı bilgisinə hər zaman yaxşı mənada təəccüb etmişəm.

Etikxeber.az xəbər verir ki, bunu bitərəf millət vəkili, 5-ci dəfə deputatlığa namizəd, professor, parlamemtin komitə sədrinin müavini Jalə Əliyeva deyib.

“Gözündən heç kim və heç nə yayınmaz !!!

2005-ci ildə ilk vəkilim olub. 2010-da da.

Sonrakı illərdə təəssüf ki, səhhəti imkan vermədi…

Amma elə evindəki xəstə yatağından belə verdiyi dəstək mənim üçün dünyalara bərabərdir.

Allah sizə uzun ömür versin, əziz və doğma Akif müəllim.

Verdiyiniz xeyir dua üçün çox sağ olun!”-deyə, J. Əliyeva qeyd edib.

Etikxeber.az

Read Previous

Hadi Rəcəbli Azərbaycanın ən yaşlı-SEÇİCİLƏRİNDƏN BİRİ İLƏ… – FOTOLAR

Read Next

“Başın sağ olsun, Türkiyəm!” – FƏZAİL AĞAMALI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir