Millət vəkili həm təqdir, həm də-İMKANLI ŞƏXSLƏRƏ ÇAĞIRIŞ ETDİ…

Ötən həftə Zərdabın 17 icra nümayəndəliyinə və Ucarın Bərgüşad, Lək və Xələc kəndlərinə iki partiya tibbi maska yolladıq. Növbəsini gözləyən digər 11 nümayəndəliyimizə də kifayət miqdarda maska əldə edən kimi, bu gün və ya sabah göndərməyə çalışacağıq. Dünən isə Zərdab rayonunda yaşı 65-dən yuxarı olan və tənha yaşayan doqquz nəfərə ərzaq bağlaması göndərdik. Eyni zamanda, Rayon İcra Hakimiyyətinin başçısı, əməyini və fəaliyyətini çox təqdir etdiyim hörmətli Mərdan Camalovun şəxsi təşəbbüs göstərərək, dünən və bu gün rayonun yaşı 65-i ötmüş tənha, kimsəsiz sakinlərinə yardım məqsədiylə ərzaq bağlamaları göndərdiyini öyrəndim.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili, professor Jalə Əliyeva deyib.

“Çox sağ olun, cənab başçı! Aldığım məlumatlara görə, rayon Polis Şöbəsi və digər qurumlar da ehtiyacı olan vətəndaşlarımıza yardım edirlər. Özəl sektor da kənarda qalmayıb. Bir neçə gün öncə, gənc sahibkarlar Ramil Mehdiyevin və Seymur Bayramovun, ayrı-ayrı şəxslərin aztəminatlı ailələrə yardım payladıqlarını artıq bilirik. Bu günlərdə bu kimi yardımlaşmalar çox əhəmiyyətlidir. Bu gün bütün dünya kimi, təəssüf ki, ölkəmiz də böyük bir təhlükəylə üz-üzə qalıb. Dövlətimiz bu koronavirus bəlasıyla mübarizə üçün lazım olan bütün tədbirləri alıb və almaqda davam edir”-deyən millət vəkili bildirib ki, lakin bu böyük təhlükəni ancaq el birliyi, əl birliyi ilə aşa bilərik:

“Maddi imkanları əlverişli olan, təkcə öz ailəsini deyil, digərlərini də vacib ehtiyaclarla təmin etməyə gücü çatan hər bir azərbaycanlını, harada yaşamasından asılı olmayaraq, doğulub böyüdüyü doğma torpağının yardıma ehtiyacı olan insanlarına diqqətli, həssas olmağa dəvət edirəm! Allah dünyamızı, ölkəmizi qorusun!”

Etikxeber.az

Read Previous

“Bu problem deputatın səlahiyyəti xaricindədir, nəyisə dəyişə, yaxud, kiməsə yardım verəcək səlahiyyətdə deyiləm…”-MİLLƏT VƏKİLİ

Read Next

“Dədə Şəmşir ocağının 16 üzvü acımasızca qətlə yetirildi…”-DEPUTAT AĞDABAN QƏTLİAMINDAN YAZDI, DÜNYAYA “ÜSYAN” ETDİ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir