Millət vəkili Hacı Əbdülü və “Hacı, Hacıxanım” titulu işlədənləri “yıxıb-sürüdü”…

“Ölkədə adının qarşısında Hacı və ya Hacıxanım titulunu işlədənlərin mütləq əksəriyyətinin saxtakar olduğu kimsəyə sirr deyil. Yəni tarix kitablarını özünüz də oxuyanda görmüsünüz, Həcc ziyarətində olan İslam böyüklərinin, yəni, sahabələrin heç birinin adının qarşısında bu titul yer almayıbsa, o zaman bu saxtakar sözünü rahatlıqla işlədə bilərsiniz”.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa dilə gətirib:

Onun qeyd etdiyinə görə, maraqlıdır ki, bizim Azərbaycan adlanan cahilliyin geniş yayıldığı bir məmləkətdə bu Hacıya əlavə olaraq Kərbəlayi, Məşhədi (və ya Məşədixanım) kimi titulların da işlənməsi əsrlərdir adətə çevrilib və birmənalı şəkildə söyləmək olar ki, Yer kürəsində dini baxımdan ən çox saxtakar da bizim məmləkətin payına düşür.

“İndi Əbdül adlanan həmin hacılardan biri 1918-ci ildə Azərbaycan xalqını xilas etməyə gəlmiş fədakar və qəhrəman Qafqaz İslam Ordusu barədə marağımı çəkən bir ifadə işlədib: “Hətta, bizim böyüklərimiz danışırdı ki, həmin dövrlərdə evlərdə, qız-gəlinlərdə qızıl qalmadı, hamısını yığdılar. Yığdılar ki, Bakını azad etmək lazımdır”.

Yazıq Nuri Paşa nə etsin, baxdı ki, bizim böyüklərimiz, yəni, Azərbaycan türkləri bu ordunun sıralarına qoşulub erməni-rus qaniçənlərinə qarşı savaşanda, sizin böyükləriniz, yəni, ermənilərlə əməkdaşlıq edən məxluqlar da qızıl-ziynət peşindədir. O qızıllları yığdırdı ki, qızıldan öncə insanların namusu və Vətənin şərəfinin gəldiyini anlayasınız, başınızı qır-qızılla qatıb Vətəni qorumağı unutmayasınız!”-deyə, o, sonra qeyd edib.

haci abdul

Etikxeber.az

Read Previous

Deputatdan həmkarına etiraz: “Tarix sizin kimi insanları öz siyahısından siləcək”

Read Next

Qənirə Paşayeva Jirinovskiyə və “Rusiyasevdalılar”a od “püskürdü”…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir