Millət vəkili hökumtədən ünvanlı sosial yardımın dayandırılmasını tələb etdi

Millət vəkili Musa Quliyev aztəminatlı ailələrin sosial müdafiəsini təmin etmək məqsədi ilə onlara verilən  maliyyə vəsatinin dayandırılaraq, bu vəsaitlərin pensiyalara, uşaq pullarına və digər müavinətlərə əlavə edilməsini istəyir.
Etikxeber.az xəbər verir ki,  Milli Məclisdə (MM)  büdcə müzakirələri zamanı çıxış edən millət vəkili  bildirib ki, ümumiyyətlə, dünyada belə proqramlar müvəqqəti xarakterli proqramlar hesab olunur: 
“Azərbaycanda da bu proqram 2007-ci ildən tətbiq olunur. Artıq hökumət bu proqramdan imtina etmək barədə düşünməlidir. Nə qədər çalışılsa da, burada şəffaflığı təmin etmək mümkün olmur və xoşagəlməz hallar baş alıb gedir. Nazir Səlim Müslümov bu sahədə nə qədər səy göstərsə də, effektiv nəticə əldə olunmur. Odur ki, bu məsələyə baxmaq lazımdır”.
Etikxeber.az

Read Previous

“İcra strurkturları laqeydlik göstərməməlidir…” – DEPUTAT

Read Next

“Korrupsiyadan əl çəkib, bir-iki il çətin yaşamağa örəşmək lazımdır” – YAP-çı deputatdan şok sözlər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir