Millət vəkili icra başçısı ilə birgə ali məktəblərə qəbulda ən yüksək nəticə əldə etmiş məzunlarla-GÖRÜŞDÜ – FOTOLAR

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov Millət vəkili Anar Məmmədovla birgə ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanında yüksək nəticə əldə etmiş Naftalan şəhər tam orta məktəbinin məzunları ilə görüş keçirib.

Etikxeber.az-ın xəbərinə görə, açıq şəraitdə keçən görüşdə Azərbaycan Respublikası Prezidentinin diqqət və qayğısı nəticəsində, Birinci vitse-preziden Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ümumi təhsil müəssisələrinin infrastrukturunun müasirləşdirilməsi istiqamətində əhəmiyyətli işlər görüldüyünü və ölkəmizdə gənclərə geniş imkanlar yaradıldığını vurğulayan icra başçısı və deputat ali təhsil müəssisələrinəqəbul imtahanında yüksək bal  topladıqlarına görə məzunları və onların valideynlərini təbrik edib, onlara xoş arzularını çatdırıb, gələcək həyatlarında müvəffəqiyyətlər arzulayıb.

Sonra 600 baldan yuxarı nəticə göstərmiş şəhər İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbin məzunları İsayev Allahverdi Elmar oğluna və İslamov İlkin Səbuhi oğluna İcra Hakimiyyətinin başçısı və Millət vəkili tərəfindən təşəkkürnamə və hədiyələr təqdim olunub.

Etikxeber.az

Read Previous

Naxçıvandan Yaqublu ilə bağlı-TƏHZİB

Read Next

Mehriban Əliyeva Bilik günü münasibətilə paylaşım-ETDİ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir