Millət vəkili: “İlk dəfədir ki, verdiyim proqnoz özünü doğrultmadı…”

“İlk dəfədir ki, verdiyim proqnoz özünü doğrultmur. Mən Hillari Klintonun prezident seçiləcəyini düşünürdüm, bütün oyun bunun üzərində qurulmuşdu. Ancaq dünən seçki başlar- başlamaz xanım Klintonun qərargahının qələbə ataşfəşanlığını ləğv etdiyi xəbərini alanda və Amerikada seçki məntəqələri qarşısında çox az halda, çox az yerdə rast gəlinən uzun növbələr görəndə artıq tərəddüdə başlamışdım”.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Sahib Alıyev deyib.

“Hiss edirdim ki, əsl Hollivud ssenarisi əsasında keçirilən bu seçki kampaniyası novellalardakına bənzər bir sonluqla da bitə bilər. Elə də bitdi. Ssenari əvvəldən belə yazılmışdı, yoxsa yüksək seçici fəallığı göstərərək gedib səs verən sadə ameikalılar ssenarini pozdular, açığı bu haqda qəti nəsə demək çətindir”-deyən millət vəkilinin sözlərinə görə, fakt budur ki, Donald Tramp prezident seçilib:

“Konqresin aşağı və yuxarı palatalarında da çoxluq respublikaçılardadır. Azərbaycanımız üçün uğurlu və xeyirli olsun!”

Etikxeber.az

 

Read Previous

Mütəşəkkil qaydada vergidən yayınma ilə mübarizə qənaətbəxş səviyyədə deyil- Nazir

Read Next

46 yaşlı “Birinci ledi” – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir