Millət vəkili jurnalistin atasına köməklə bağlı çağırış etdi

“Əlli dörd gün erməni mühasirəsində” kitabının yazarı, Laçın rayonundan məcburi köçkün, dəyərli jurnalistlərimizdən biri İmdad Əlizadənin atası Əli müəllimin müalicəsi ilə bağlı İmdad bəyli birlikdə Avrasiya Klinikasında deyerli hekimlerimizden olan Əli Musayevlə geniş söhbət etdik”.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva dilə gətirib.

“Bilirsiniz ki, Əli müəllim neçə aylardır ki komadadır və indi Mərkəzi Klinik Xəstəxanada yenidən həyata qayıtmaq üçün mübarizə aparır. Həkim Əli Musayev çox optimisdir. Əli müəllim bu neçə ayda sözün əsl mənasında yaşamaq üçün mübarizə aparıb”-deyən millət vəkilinin sözlərinə görə,amma ona bir müddət güclü müalicələr davam edəcək.

“Məcburi köçkün olan ailənin Əli müəllimin müalicəsini davam etdirməyə imkanları tamamilə tükənib. Bu gün  Park Bulvarda Əli müəllimin müalicəsinə maddi dəstək üçün onun təkrar nəşr edilmiş “Əlli dörd gün erməni mühasirəsində” kitabının satışı tədbiri davam edəcək. Bu aksiyanın sonuncu günü olacaq. Ona görə də aksiyada iştirak etməyən bütün insanları Əli üəllimin ailəsinin çağırışına qoşularaq  Park Bulvara dəvət edirik. İnanırıq ki, maddi dəstəyinizi və dualarınızı əksik etməyəcəksiniz. İmkanı olan əziz dostları Əli müəllimin oğlu İmdad Əlizadəyə 050 506 86 90- zəng edib dəstək ola bilərlər. Kiçik və ya böyük olmasından asılı olmayaraq, dəstək göstərmək çox böyük bir savab olardı. Dostları Əli müəllimə dəstək olmağa səsləyirəm. Allah tezliklə şəfasını versin!”-deyə, o, daha sonra qeyd edib.

Etikxeber.az

Read Previous

İlham Zəkiyev medal qazana bilmədi- YENİLƏNİB

Read Next

Atəşkəs rejimi ümumilikdə 19 dəfə pozulub

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir