Millət vəkili məktəblilərlə görüşündə nə dedi? – FOTO

“Bu gün Bakı şəhər Xətai rayonunun 249 saylı məktəbində oldum. Məktəbin 5 -ci sinif şagirdi Nəsibə Seyidova (9 yaş) 4 iyul tarixində Fizuli rayonunun Alxanlı kəndində Ermənistan hərbiçiləri tərəfindən öldürülmüş Zəhra Quliyevanın xatirəsinə həsr edilmiş rəsm əsəri çəkmişdi.Həmin rəsm əsəri bu günlərdə çapdan çıxmış ” Ermənistanın Azərbaycana hərbi təcavüzünün yaşyarımlıq Zəhra Quliyeva faciəsi” kitabımda yerləşdirilmişdir”.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Aydın Mirzəzadə qeyd edib.

“Nəsibənin oxuduğu sinifdə oldum, şagirdlərlə söhbət etdim.

Sonra isə məktəbin akt zalında təhsil ocağının müəllim və şagirdləri ilə görüşüm oldu.

Onlara Ermənistanın Azərbaycan torpqalarının bir hissəsini işğal edilməsindən, Onların körpə Zəhra Quliyevaya qarşı qəddarlığından və Azərbaycan dövlətinin və xalqının qətiyyətindən danışdım.

Sonda kitabın bir nüsxəsini rəsmi kitabda verilmiş Nəsinbə Seyidovaya təqdim etdim”-deyə, millət vəkili sonra qeyd edib.

Etikxeber.az

 

Read Previous

Akşənərdən Kılıcdaroğluna dəstək: “ERKƏN SEÇİMLƏRƏ HAZIRIQ”

Read Next

Kataloniya parlamentinin müstəqillik elan etməsi cinayət əməlidir – BAŞ NAZİR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir