Millət vəkili ölüm hökmünün bərpasını istəyir

Millət vəkili ölüm hökmünün bərpa olunmasını təklif edir.

Etikxeber.az xəbər verir ki, belə bir təkliflə millət vəkili Elmira Axundova parlamentin noyabrın 29-da keçirilən iclasında çıxış edib.

Onun sözlərinə görə, son zamanlarda məişət zorakılığı ilə bağlı ciddi cinayət hadisələri baş verib.

“İnsanlığını itirən şəxslər öz ailə üzvlərini, azyaşlı övladlarını qətlə yetirirlər. Elə Qəbələdə və Şəmkirdə baş verən hadisələri qeyd etmək olar”- deyə, o, bildirib.

Millət vəkili bütün bunları nəzərə alaraq, bu cür vəhşiliklərin qarşısını almaq üçün Azərbaycanda ölüm hökmünün bərpa olunmasını təklif edib.

Vitse-spiker Bahar Muradova isə E. Axundovanın qaldırdığı təklifin əleyhinə çıxış edərək deyib ki, o, geriyə qayıtmağın tərəfdarı deyil.

Etikxeber.az

Read Previous

“Cinayət Məcəlləsindəki dəyişiklik Mehriban Əliyevaya da şamil edilməlidir” – DEPUTAT

Read Next

“Mənim atamın goruna 932 adam söyüb, hesablamışam” – AQİL ABBAS

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir