Millət vəkili pensiya artımından və islahatlarından danışdı…

Eldəniz SƏLİMOV: “Bu addıma görə, cənab prezidentə dərin minnətdarlığımızı, eyni zamanda, islahatlar prosesinin davamlı olmasına, olacağına, pensiyaların növbəti mərhələlərdə də artacağına, artırılacağına sonsuz inamımızı ifadə edirik…”

Pensiyaçıların, təqaüdçülərin sosial durumlarının, həyat şəraitlərinin yaxşılaşdırılması, onların pensiyalarının artırılması daim Azərbaycan dövlətinin, ölkə rəhbərliyinin, xüsusilə, dövlət başçısı cənab İlham Əliyevin əsas prioritetlərindən olub, yeridilən siyasətin ana xətlərindən birini təşkil edib. Azərbaycan dövləti, ölkə və hökumət rəhbərliyi, ələlxüsus, ölkə prezidenti və onun ən yaxın, ən sadiq silahdaşı olan Birinci vitse-prezident Mehriban xanım Əliyeva bu kateqoriyadan olan insanlara daim xüsusi qayğı və diqqətlə yanaşıb.

Elə bu qayğı və diqqətin, eyni zamanda, son bir ildə genişlənən, vüsət alan və hər bir sahəyə sirayət edən islahatlar prosesinin nəticəsidir ki, bu ilin cəmi bir neçə ayı ərzində pensiyaçıların, təqaüdçülərin pensiyaları iki dəfə artırılıb. Ölkə başçısının fevral ayında imzaladığı Fərmanla əmək pensiyaların minimum həddi 44 manat artırılaraq, 116 manatdan 160 manata, iyun ayında imzalanan növbəti  Fərmanla isə 40 manat artırılaraq, 160 manatdan 200 manata qaldırılıb. Bu, çox böyük və əhəmiyyətli bir addım, hadisədir.

Bu, Azərbaycan dövlətinin, ölkə rəhbərliyinin, dövlət başçısının pensiyaçılara olan münasibətinin daha bir bariz nümunəsi, baha bir əyani göstəricisidir. Bu, sözün bütün mənalarında təqdirə və alqışa layiq olan bir addımdır.

Etikxeber.az xəbər verir ki, bunu mətbuata açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.

Millət vəkili onu da xatırladıb ki, Milli Məclisin (MM) sonuncu-2019-cu ilin növbədənkənar sessiyasında da dövlət başçısının imzası ilə  parlamentə daxil olmuş “Əmək pensiyaları haqqında” qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihəsi ətraflı, hərtərəfli müzakirələrdən keçirilmiş, müsbət qiymətləndirilmiş, dətəklənmiş, üç oxunuşunun sonunda qəbul olunmuş və imzalanması, hüquqi qüvvəsinə minməsi üçün dövlət başçsına göndərilmişdir.

ilyaaaaa-4

ELDENİZ-QARDAS

“Müzakirələr zamanı da bir daha millət vəkilləri ölkədə bütün sahələrdə, o cümlədən, sosial sferada, xüsusilə, pensiya təminatı məsələsində aparılan islahatları dəstəklədiklərini, bunun dövlət başçısının müdrik və uzaqgörən siyasətinin nəticəsi, bəhrəsi olduğunu bildirmiş, hər zaman Azərbaycan dövlətinin və dövlət başçısının yanında olduqlarını, olacaqlarını, onun siyasətinə daim birmənalı şəkildə dəstək verdiklərini və verəcəklərini bəyan etmişdilər. Çünki bunun əksi də mümkün ola, düşünülə bilməz. Azərbaycan parlamenti, millət vəkilləri daim dövlətinin, prezidentinin yanındadır.

Eyni zamanda, məlum olduğu kimi, bugünlərdə  ölkə prezidenti “Əmək pensiyaları haqqında” qanuna dəyişikliyi təsdiqləmişdir ki, bu dəyişiklik də məhz qeyd etdiyimiz əmək pensiyalarının minimum məbləğinin artırılması ilə əlaqədardır. Prezidentin təsdiqinə, imzaladığı Fərmana əsasən əmək pensiyalarının minimum məbləği 2019-cu il oktyabrın 1-dən 200 manat məbləğində müəyyən olunur.

Həmçinin, təyin edilən əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Bundan başqa, sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir.

Odur ki, bu addıma görə, bir daha cənab prezidentə dərin minnətdarlığımızı, eyni zamanda, islahatlar prosesinin davamlı olmasına, olacağına, pensiyaların növbəti mərhələlərdə də artacağına, artırılacağına sonsuz inamımızı ifadə edərik.

Var olun, cənab Prezident! Allah Sizi, Azərbaycanımızı, müstəqil Dövlətimizi qorusun!”-deyə, millət vəkili sonda bildirib.

Etikxeber.az

Read Previous

Havanın temperaturu 40 dərəcəyə yüksələcək – SABAH

Read Next

“Özəlliklə “Höte” yazmaq biabırçılığından qurtulmalıyıq…” – NİYAZİ MEHDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir