Millət vəkili Qırğızıstandakı referendumu-MÜŞAHİDƏ EDƏCƏK…

Milli Məclisin deputatı Vüqar İskəndərov Qırğız Respublikasında keçiriləcək referendumu müşahidə etmək üçün aprelin 8-də ölkənin paytaxtı Bişkek şəhərinə səfər edəcək.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Etikxeber.az-a verilən məlumata görə, deputat Vüqar İskəndərov TÜRKPA Beynəlxalq Müşahidəçilər Missiyasının tərkibində Qırğızıstanda Konstitusiyanın dəyişdirilməsi üçün aprelin 11-də keçiriləcək ümumxalq səsverməsinə hazırlıq işləri ilə yaxından tanış olacaq, seçki günü səsvermə prosesini müşahidə edəcək. 

Səfər aprelin 14-də başa çatacaq.

Etikxeber.az

Read Previous

“Ermənistanın Azərbaycan tərəfinin daha çox insan itkisi verməsinə çalışması erməni faşizminin növbəti təzahürüdür”-MİLLƏT VƏKİLİ

Read Next

MM-in komitə sədri “Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyinin rəhbərliyini-QƏBUL ETDİ VƏ…-FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir