Millət vəkili Şəhid Sarvan Mirzəyevin 2 gün öncə dünyaya gələn qızı-SARVANƏDƏN YAZDI – FOTOLAR

İkinci Qarabağ müharibəsi şəhidimiz Sarvan Əli oğlu Mirzəyevin 2 gün öncə dünyaya gələn qız övladı Sarvanəni bu gün doğum evindən çıxardıq. Şükürlər olsun ki, körpənin də, anasının da səhhəti qaydasındadır və buna, həmçinin, göstərdikləri yüksək diqqət və həssas münasibətə görə Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun rəhbərliyi başda olmaqla bütün heyətinə, xüsusən, cərrah mama-ginekoloq, t.ü.f.d. dos. Xəyalə Təhməziyə xüsusi təşəkkürümü bildirirəm. Doğum evində ikən şəhidin xanımı ilə də, valideynləri ilə də söhbət etdim, körpənin sağlam xoşbəxt böyüməsindən başqa heç bir istəkləri yoxdur.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Bəhruz Məhərrəmov deyib.

“Onları əmin etdim ki, dövlətimiz Sarvanə balamıza heç vaxt yoxluq hiss etdirməyəcək. Əminəm ki, şəhid balası da böyüyüb atasının adına layiq vətəndaş olacaq.Tanımayanların diqqətinə çatdırım ki, Sarvan 1 yanvar 1995-ci ildə Yardımlı rayonunun Zevin kəndində anadan olmuş, daha sonra ailəsi Biləsuvar şəhərinə köçmüş, Şuşa istiqamətində gedən döyüşlər zamanı şəhid olmuşdur və məzarı Biləsuvar şəhərindədir. Sarvan Mirzəyev döyüşlərdə şəxsi igidliyi və şücaətinə görə Prezident İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən, “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Allah Sarvana rəhmət eləsin, onun körpə qızının isə qədəmləri mübarək!”-deyə, millət vəkili sonra əlavə edib.

Etikxeber.az

Read Previous

Daha 2148 yeni yoluxma-DAHA 30 ÖLÜM…

Read Next

Nazim İbrahimovun qardaşı-HƏBS OLUNDU…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir