Millət vəkili Şəhidlərdən-Babək Mahmudlu və Elşad Baloğlanlıdan – YAZDI

Şuşa uğrunda döyüşlərdə qəhramanlıq göstərərək şəhadətə varmış, “Şuşanın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunmuş şəhid Mahmudlu Babək Süleyman oğlunun evini ziyarət etdim, atası ilə xeyli söhbətləşdik.

Əlbəttə, övlad acısını heç nə təskin edə bilməz, lakin özü də birinci Qarabağ müharibəsinin veteranı olan şəhidimizin atası Süleyman Mahmudov dövlətin qayğısından, dövlət başçısının onlara olan münasibətindən çox razıdır.

Heç bir istəyi olmasa da, söhbət əsnasında onun özünə əlillik dərəcəsinin verilməsi ilə əlaqədar illərdir süründürməçiliklə üzləşdiyini aşkar etdim.

Dərhal aidiyyatı strukturlara tərəfimizdən müraciət olundu və ümid edirəm, şəhid atası daha get-gələ salınmaz və problemi həll olunar.

***

Biləsuvarın digər igid övladı, şəhid Elşad Baloğlanının Günəşli kəndindəki evini, ailəsini ziyarət etdim.

Elşad Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə şəhid olmuş, bu qəhrəmanlıqlarına görə Ali Baş Komandan tərəfindən “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

Şəhidin atası Elşən Baloğlanlı dövlətin diqqət və qayğısından çox razıdır.

Övladının bu ali mərtəbəyə ucalması-şəhadəti ilə də qürur duyur, Vətən sağ olsun deyir!

Bəhruz MƏHƏRRƏMOV,

Millət vəkili

Etikxeber.az

Read Previous

Qarabağ Dirçəliş Fondunun nizamnamə fondu-1 MİLYON MANAT OLACAQ – FƏRMAN

Read Next

“Əfv Komissiyası yaxın vaxtlarda tam tərkibdə toplaşacaq və…”-ZAHİD ORUC – FAZİL MUSTAFA, NAQİF HƏMZƏYEV VƏ HİKMƏT BABAOĞLU NƏLƏRİ TƏKLİF ETDİLƏR? – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir