Millət vəkili seçicilərə-SƏSLƏNDİ… – FOTOLAR

Bu gün 29 yanvar tarixli çox faydalı görüşümüzdə fəal iştirakınıza görə hər birinizə təşəkkür edirəm. Sizə məmnuniyyətlə hesabat vermək istərdim ki, bugünədək keçirdiyimiz məhəllə görüşlərində 4000-ə yaxın seçici ilə görüşə bilmişik. Bugünədək bütün görüşlərdə Sizin ötən 5 il ərzində ölkəmizdə xüsusilə də rayonumuzda görülən işlərə verdiyiniz yüksək qiymət bizi çox sevindirir.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili və Bakının Nəsimi rayonundan növbəti dəfə deputatlığa namizəd Məlahət İbrahimqızı deyib.

“Eyni zamanda qaldırdığınız bir sıra problemlərin həlli vacibdir. Inşallah bugün dövlətimizin gücü və imkanları, ən əsası isə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin, möhtərəm Birinci Vitse-prezidentimiz Mehriban xanım Əliyevanın siyasi iradəsi və xalqımıza olan məhəbbəti bu problemlərin həll edilməsinin qarantıdır.

Gəlin davamlı inkişaf, sabitlik və əmin-amanlıq naminə Daha Güclü Azərbaycan Naminə 9 Fevralda keçiriləcək parlament seçkilərində fəal iştirak edib Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verək. Əziz seçicilərim, Nəsimi rayon sakinləri,bir daha xahiş edirəm qarşıdakı günlərdə keçirəcəyimiz məhəllə görüşlərində daha mütəşəkkil və fəal iştirak edin”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

Eldəniz Səlimov bu dəfə-QARACEGZEYİDDƏ – FOTOLAR

Read Next

Tükürpədici qətl-NƏNƏ NƏVƏLƏRİNİ ÖLDÜRDÜ, SONRA DA ÖZÜNÜ ASDI… – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir