Millət vəkili seçiciləri ilə daha bir-VİDEOQƏBUL KEÇİRDİ, HƏM SEÇİCİLƏRİNƏ, HƏM DƏ ÖLKƏ VƏTƏNDAŞLARINA SƏSLƏNDİ – FOTOLAR

Yeni başa vurduğumuz ay – 13 və 15 iyun tarixlərində daha əvvəl də məlumat verdiyimiz kimi, Zərdab rayonundan seçicilərlə 2 online videoqəbul keçirdik. 18 iyunda isə izolyasiya şərtlərinə əməl edərək, Zərdab rayondakı ofisimdə vətəndaşları bir başa qəbul etdik. Problemləri, onları narahat edən məsələləri dinlədik və həllinə kömək etməyə çalışdıq. Bu gün – 1 iyul tarixində isə Ucar rayonunun Lək kəndinin bir qrup seçicisi ilə üçtərəfli online video qəbul keçirdik. Pandemiya şəraitiylə əlaqədar olaraq qəbulları hələlik video konfrans şəklində keçirtmək məcburiyətində olduğumuzu bildirdik, bu şəraitin şərtlərini izah etdik.

Etikxeber.az-ın xəbərinə görə, bu haqda 92 saylı Zərdab-Ucar Seçki Dairəsindən millət vəkili olan Jalə Əliyeva məlumat verib.

Qeyd edib ki, “Covid 19”-la mübarizədə dövlətin göstərdiyi böyük səylər, atılan addımlar haqqında ətraflı məlumat verib, vəziyyətin kritikləşməməsi üçün hər bir Azərbaycan vətəndaşının öhdəsinə düşən və əməl etməli olduğu məsələlər haqqında fikir mübadiləsi aparılıb.

“Qəbuda iştirak edən vətəndaşlar, görülən rayon və ölkə əhəmiyyətli bütün işlər üçün ölkə rəhbərinə təşəkkürlərini çatdırmağı xahiş etdilər. Lək kənd Mədəniyyət Sarayının əsaslı təmiri işlərinin Nazirlər Kabinetinin planına salınmasına göstərdiyimiz yardıma və dəstəyə görə minnətdarlıq etdilər. Qəbulda eyni zamanda seçiciləri maraqlandıran məsələlər müzakirə edildi. Həmin məsələlərin həlli üçün, tərəfimizdən əlaqədar qurumlara müraciət ediləcəyi bildirildi. Bunu da bildirək ki, Lək seçiciləri kənd icra nümayəndəliyinə gələrək oradan bağlantıya qoşulmuşdular. Zərdabdakı ofisimizdən köməkçim vasitəsilə online şəkildə onların qeydiyyatı aparılırdı. Qəbulun təşkilində göstərdiyi köməkliyə görə Lək kənd icra nümayəndəsi Əfqan Rəhimov qardaşımıza və Fərid oğlumuza minnətdarlığımızı bildiririk”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

“Putin üçün növbəti 16 il…”-ELXAN ŞAHİNOĞLUNUN BAXIŞI

Read Next

Millət vəkili Milli Mətbuatın 145 illiyi ilə bağlı Sərəncamına görə-ÖLKƏ PREZİDENTİNƏ TƏŞƏKKÜR ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir