Millət vəkili vətəndaşlardan aldığı təkliflərin-OPERATİV QƏRARGAH TƏRƏFİNDƏN DƏYƏNLƏNDİRİLMƏSİNİ XAHİŞ ETDİ

Azərbaycanın bir sıra şəhər və rayonlarında iyunun 21-dən tətbiq edilmiş və sonradan iyulun 20-dək uzadılmış sərtləşdirilmiş xüsusi karantin rejiminin bir sıra sərt tələbləri var. Onlardan da biri budur ki, vətəndaşlar yaşadıqları yeri gün ərzində bir dəfə bir səbəbə və iki saat müddətinə elektron icazə sistemindən razılıq almaqla tərk edə bilərlər. Son dövrdə bir qrup vətəndaş mənə müraciət edərək həmin vaxtı iki dəfəyə istifadə etməyə razılıq verilməsini xahiş edirlər.

Etikxeber.az-ın xəbərinə görə, bunu millət vəkili Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, belə ki, bəzi hallarda hansısa məsələlərə dair iki dəfə evdən çölə çıxmaq ehtiyacı yaranır.

“Müvafiq dəyişiliklər edilməklə, vətəndaş ya bir dəfəyə iki saata, ya da özü seçim etməklə gün ərzində 1+1 və ya 0,5 + 1, 5 saat hesabı ilə iki dəfə evdən çölə çıxa bilər.Təklifi məqbul hesab edirəm. Nazirlər Kabineti yanında Operativ Qərargaha müarciət edərək, təklifi dəyərləndirməyi və qərarda müvafiq dəyişiklik edilməsini təklif edirəm”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

Temperatur 6-8 dərəcə enəcək-XƏBƏRDARLIQ

Read Next

Dövlət Nəfəs alətləri orkestrinin bədii rəhbəri-HƏBS EDİLDİ – FOTO-VİDEO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir