Millət vəkili yeni təyinatlardan, həmkarlarının hökumətdə təmsil olunmasından danışdı…

Ölkə Prezidenti İlham Əliyev tərəfindən yeni hökumətin, Nazirlər Kabinetinin yeni tərkibinin formalaşdırılması gözlənilən və qaçılmaz idi. Hökumətə yeni başçının gətirilməsi, eyni zamanda, tərkibin yeniləşdirilməsi, yeni simaların cəlb edilməsi cəmiyyətin siyasi-sosial sifarişi idi və çox təqdirəlatyiq haldır ki, bu sifariş – hər zaman olduğu kimi –  yenə də ölkə Prezidenti nəzərə alındı, reallığa çevrildi. Odur ki, son təyinatlar, son sərəncamlar hər bir kəs tərəfindən təqdir olunur, müsbət qarşılanır və alqışlanır.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.

Millət vəkili son təyinatlarla hökümətdə təmçilçilik hüququ qazanan şəxslərə, xüsusilə də, yüksək postlara irəli çəkilən həmkarlarına uğurlar arzuladığını, işlərində yeni-yeni müvəfəqiyyətlər dilədiyini bildirib.

“Çox sevindirici və əlamətdar haldır ki, hökumətdə təmsil olunan şəxslər, nazir və komitə sədrləri arasında həmkarlarımız, çox dəyərli millət vəkillərimiz də var. İstər Rövşən Rzayev, istər Fuad Muradov, istər Muxtar Babayev, istərsə də Vüsal Hüseynov hökumətin digər  üzvləri kimi, təyin olunduqları vəzifələrə tam layiqdirlər, öz fəallıqları, işgüzarlıqları, Azərbaycan naminə fəaliyyətləri ilə bu vəzifələri tam  haqq edirlər. Hesab edirəm və qəti əminəm  ki, onlar millət vəkilliyi fəaliyyətlərində  etmadı doğrultduqları kimi, yeni- məsuliyyətli təyinatlarla bağlı onlara göstərilən növbəti etimadı da layiqincə və uğurla doğruldacaqlar. Onların hər birinin buna potensialı var. Onların uğurlar əldə edəcəyinə, ölkə Prezidentinin rəhbərliyi ilə həyata keçirilən siyasətə, islahatlara, ölkəmizin gələcək inkişafına töhfə verəcəklərinə inanıram və hər birinin də uğuruna sevinirəm. Odur ki, onların hər birinə, bütövlükdə yeni hökumətimizə  bir daha  uğurlar, müvəffəqiiyətlər arzulayıram…”-deyə, millət vəkili sonra sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

Cox ciddi narahatlığa əsaslar var… – MİLLƏT VƏKİLİ

Read Next

Bölgədəki sabitlik və rifah naminə əzmlə çalışmalıyıq- DEPUTAT AŞPA-DAN SƏSLƏNDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir