Millət vəkili zibilliyə atılmış körpəyə baş çəkdi: “Temperaturu bərpa edilib…” – FOTO

“Dünən mətbuatda Bakının Yasamal rayonu ərazisində bir yaşayış binasının qarşısındakı məişət tullantıları qutusunda yeni doğulmuş qız uşağılnın tapılması barədə məlumat yayıldı. Bu gün körpənin taleyi ilə maraqlanmaq üçün onun yerləşdirildiyi K. Fərəcova adına respublika Elmi-Tədqiqat Pediatriya İnstitutuna getdim. Bildirildi ki, tapılanda qız uşağı təqribən 3- 4 saat imiş ki, dünyaya gəlibmiş. Göbəyi kəsilmədən və heç nəyə bükülmədən o karton qutuya qoyularaq 5-6 dərəcə hərarətli havada zibilxanaya atılıb. Körpə Pediatrya İnstitutuna gətiriləndə onun temperaturu 32 dərəcəyə düşübmüş. Yarım saat da geciksəydilər, onun bədəninin temperatur daha aşağı düşüb ürəyi dayanacaqmış”.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Aydın Mirzəzadə qeyd edib.

O, qeyd edib ki,  qız uşağının taleyi Səhiyyə Nazirliyinin ciddi nəzarətinə götürülüb.

“İnstitutun reanimasiya şöbəsində aparılan operativ müalicə nəticəsində bu gün artıq körpənin temperaturu bərpa edilib, o, süni qidalanmaya qoşulub. Körpə güclü soyuqlama aldığından onun bir müddət müəlicəyə ehtiyacı var.

Hazırda vəziyyəti stabil orta-ağırdır. Pediatriya İnstitutunun bütün kollektivi körpənin müalicəsinə ciddi diqqət edir, vaxtaşırı körpənin sağlamlığı ilə bağlı baş həkimə məlumat verilir.

Müdiriyyət İnstutut binasının dövlət tərəfindən yüksək səviyyədə təmir edildiyini və ən müasir avadanlıqlarla təmin edildiyini bildirdi. Mən bunun şahidi oldum.

Bildirdilər ki, uşağın müalicəsi ilə bağlı heç nəyə ehtiyac yoxdur, onun sağalması üçün intensiv kurs müalicəsi aparılır.

Allah o körpə balaya şəfa versin və taleyini xoşbəxt etsin!”-deyə, millət vəkili sonra qeyd edib.

Etikxeber.az

Read Previous

Azərbaycanlı dramaturqun pyesi Kalmık teatrında təqdim olunacaq

Read Next

Hələb yenidən Əsədin “əlinə” keçdi, Lavrovla Çavuşoğlu arasında yenidən gərgin telefon söhbəti oldu

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir