Millət vəkilindən Azərbaycan təhsilinə – BAXIŞ

AZƏR BADAMOV: Hazırda 200 şagirdlik və 2000 şagirdlik məktəbdə eyni şəkildə bir məktəb psixoloqu fəaliyyət göstərir ki…

Elinanın intiharı orta təhsilin təlim-tədris prosesində yeni yanaşmanın ortaya qoyulmasının vacibliyini göstərir.

Dünya qloballaşır, inkişaf edir, sərhədlər virtual olaraq aradan qalxır və bu da cəmiyyətə təhlükəli informasiyaların axınını sürətləndirir.

Bu axının mənfi təsirlərinə çox məruz qalan şagirdlərdir. Məhz şagirdlərdə yeni təfəkkür , xarakter formalaşır, daha həssalıqla təhlükəli informasiyaları qəbul edir. Təhlükəli informasiya uşağı cəmiyyətdən təcrid edir və onun özündə yeni bir dünya formalaşdırır.

Bu, o, dünyadır ki, uşaqlara Elinaların hərəkətlərini təbliğ edir və belə hallar adiləşdirir. Yəni, intihar cəmiyyət üçün bir faciə olduğu halda onun haqqında o qədər çox danışılır ki, nəticədə bu bir təbliğata çevrilir və təfəkkür tam formalaşmamış uşaqlar onu daha tez qəbul edir. Nəticədə uşaqların psixologiyası pozulur və qarşısına çıxdığı çətinliklərdən çıxış yolu intiharda görürlər.

Belə halların təkrarlanmaması üçün orta məktəb şagirdləri ilə psixoloji işin istiqamətini dəyişməli və bu məsələyə daha ciddi yanaşmalıyıq. Düzdür, orta məktəblərdə məktəb psixoloqları fəaliyyət göstərir. Belə bir sual meydana çıxır. Təhsil sistemimizdəki mövcud yanaşma ilə məktəb psixoloqlrın fəaliyyəti şagirdlərin psixologiyasının öyrənilməsinə və hər hansı konkret nəticənin ortaya qoyulmasına imkan verirmi? Düşünürəm ki, yox!

Çünki bu gün məktəb psixoloqların fəaliyyəti üçün əsasnamə yoxdur. Orta təhsil müəsisələrdə psixoloqların effektiv fəaliyyət göstərə biləcək norma müəyyən olunmayıb. Məktəb psixoloqlarının məsuliyyəti və iş rejimi müəssisənin rəhbərliyi ilə eyni olmasına baxmayaraq, təminatı təsərrüfat işçilərin əmək haqlarına uyğundur. 

Orta məktəblərdə məktəblinin dostu layihəsi icra olunur. Əsasən şəhər məktəblərində 3-4 məktəblinin dostu fəaliyyət göstərir. Məktəbin təhlükəsizlik kameralarına da məktəblinin dostları nəzarət edir. Burda bir sual meydana gəlir.

azer badam

Məktəblinin dostu üçün qanunla məsuliyyət nəzərdə tutulmuşdurmu? Xeyr! Düşünürəm ki, dostların əvəzinə məktəblərdə konkret iş norması müəyyənləşdirilərək, psixoloqların sayını artırmağına ehtiyac var.

Hazırda 200 şagirdlik və 2000 şagirdlik məktəbdə eyni şəkildə bir məktəb psixoloqu fəaliyyət göstərir. Şagird sayından asıllı olmayaraq, təminat isə eynidir.

Şagirdlər məktəbdə olduğu zaman dərs cədvəli üzrə tədrislə məşğul olur və dərslər bitəndən sonra evlərə gedirlər. Belə olan halda məktəbin psixologu şagirdlərlə psixoloji işi hansı vaxtda aparmalıdır. Təbii ki, psixoloqun şagirdlərlə işləməsi üçün konkret vaxt müəyyənləşməyib.

Ona görə də müəyyən olunmuş proqramla dərs cədvəli üzrə psixologiya və ya etika-estetika fənni tədris olunmasını vacib hesab edirəm.

Orta məktəblərdə belə bir fənn tədris olunarsa psixoloqların şagirdlərlə işləməyə dərs cədvəli üzrə konkret vaxt müəyyənləşər və nəticəsi də effektiv olar, məktəblərdə xoşagəlməz hallar da azalar.

Azər BADAMOV,

Millət vəkili

Etikxeber.az

Read Previous

DİM XI sinif şagirdləri üçün buraxılış imtahanları keçirdi – BU GÜN

Read Next

Ali məktəblərə və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu başa çatır – DİM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir