Millət vəkilindən Bərdə məktəblilərinə – TƏBRİK

Xəbər verildiyi kimi, dünən mətbuatda Bərdə şəhəri 8 saylı məktəbin builki bir buraxılış sinfinin bütün məzunlarının ali məktəblərə qəbul olunması barədə məlumat yayılmışdı.

Bununla bağlı Azərbaycan Milli Məclisi deputatı, Yeni Azərbaycan Partiyası İcra Katibliyi Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə bu gün həmin məktənin rəhbərinə təbrik məktubu ünvanlayıb.

Etikxeber.az məktubu olduğu kimi, təqdim edir:

“Bərdə şəhər 8 saylı orta məktəbin direktoru cənab Qəmbər Ağayevə

Hörmətli Qəmbər müəllim !

Sizin məktəbin bu ilki bir buraxılış sinfinin bütün məzunlarının yüksək bal toplayaraq ali məktəblərə qəbul olunması xəbərini böyük maraqla qarşıladım.

Hesab edirəm ki, bu ilk növbədə məktəbinizdə tədris işinin düzgün qurulması, məktəb pedaqoji kollektivinin yüksək hazırlığı və məktəb-valideyn münasibətlərinin düzgün qurulması nəticəsində mümkün olmuşdir.

Azərbaycanda dövlətin təhsilə, gənc nəslin inkişafına göstərdiyi qayğı bütün ölkə boyu təhsilimizin keyfiyyətinin yüksəlməsində, bilikli gənc nəslin yetişməsində öz nəticəsini göstərməkdədir.

Bu böyük uğur münasibəti ilə Sizi, məktəbinizin hər bir müəllimini və kollektiv üzvünü ürəkdən təbrik edir, uğurlarınızın davamlı olmasını arzulayıram”.

 

Etikxeber.az

Read Previous

“Türkiyənin Azərbaycanda-Naxçıvan və Bakıda hərbi bazası olmalıdır” – ÇAĞIRIŞ

Read Next

Avroliqa: “Bney Yehuda” – “Neftçi” – 2:1 – YENİLƏNİB – (7)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir