Millət vəkilindən Makronun son addımı ilə bağlı – ÇAĞIRIŞ

French President Emmanuel Macron speacks as he visits Station F startup campus in Paris, on October 9, 2018. (Photo by LUDOVIC MARIN / various sources / AFP) (Photo credit should read LUDOVIC MARIN/AFP/Getty Images)

Fransa prezidenti Emmanuel Makronun 24 apreli qondarma “erməni soyqırımı” qurbanları”nın xatirə günü elan etməsini qınayırıq və sosial şəbəkələrdə fəal olan insanlarımızın, gənclərimizin fəal olaraq, bu qərara etirazı Makronun sosial media hesablarına fransız və ingilis dillərində göndərməsi və paylaşması lazımdır.

Etikxeber.az xəbər verir ki, bu çağırışla millət vəkili Qənirə Paşayeva çıxış edib.

O, deyib ki, bu, çox ciddi məsələdir.

ganira_pashayeva_180215_1

“Fransa bir daha Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı ATET-in Minsk qrupunun həmsədri kimi neytrallığına kölgə saldı. Qondarma soyqırımı haqda qərar qəbul edib, heç zaman Xocalı ilə bağlı danışmayan Fransa prezidenti Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar ədalətli bir tərəf, heç neytral da ola bilməz. Özəlliklə sosial mediada çox təcrübəli olan insanlarımız, on minlərlə insan olaraq etirazımızı sosial media üzərindən Fransa rəhbərliyinə çatdırma məsələsində effektli yolları sosial şəbəkələr üzərindən gənclərlə bölüşsünlər ve fəal olma çağırışı etsinlər. Bu, çox ciddi məsələdir. Qardaş Türkiyə və Türk dünyası gəncliyini, Fransada yaşayan Türk kökənli insanları da etiraz səslərini sosial şəbəkələrdən Fransa rəhbərliyi və ictimaiyyətinə çatdırmaqda fəal olmağa çağırırıq. Hər kəs bu qərarı millət olaraq nə qədər qınadığımızı, etiraz etdiyimizi və gerçəkləri daim yaymaqda israrlı olduğumuzu və olacağımızı görməlidir”-deyə, millət vəkili çağırışında sonra deyib.

Etikxeber.az

Read Previous

Matviyenko “Dostluq” ordeni ilə təltif edildi – SƏRƏNCAM

Read Next

BPİ-nin Doha iclasında Qarabağdan danışlıdı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir