Millət vəkilindən şəhid ailələri və Qarabağ əlilləri ilə bağlı – ÖNƏMLİ TƏKLİF

Bu gün biz dövlət büdcəsi zərfini müzakirə edirik. Ümumiyyətlə, bir neçə müddətdir ki, bütün ictimaiyyətin diqqəti bu maliyyə sənədinin üzərində fokslaşıb. Burada bir sual yaranır: bu sənəd nəyə görə, belə geniş əks səda yaradıb. Mediada, ictimaiyyət arasında, parlamentdə bu qədər müzakirələr aparılır və diqqətlə təsdqi gözlənilir. Cavab birdir: dövlət büdcəsi dövlətin siyasi, iqtisadi, sosial və digər çoxşaxəli vəzifələrinin yerinə yetirilməsini maliyyələşdirir və bu sənədin dövlətin sosial-iqtisadi funksiyalarının yerinə yetirilməsində xüsusi rolu var.

Etikxeber.az xəbər verir ki, bunu parlamentdə büdcə müzakirələrində çıxışı zamanı millət vəkili Azər Badamov deyib.

“Müzakirəmizə təqdim olunmuş dövlət büdcəsi sənədi proqnoz hesablamalarla hazırlanıb, 2020-ci ildə ölkəmizdə makroiqtisadi sabitliyin qorunub saxlanmasına, iqtisadiyyatın inkişaf dinamikasının davamlı olmasına, ölkədə həyata keçirilən investisya və sosial proqramların davam etdirilməsinə hesablanıb”– deyə, millət vəkili sonra bunları  bildirib:

“Ölkə başçısının rəhbərliyi altında aparılan iqtisadi, sosial, struktur və kadr islahatları dövlət büdcəsinin gəlirlərinin proqnozlarda göstərildiyindən artıqlanması ilə yerinə yetirilməsinə imkan verəcək. Dövlət büdcəsi layihəsini dəstəkləyirəm və seçicilərimi narahat edən bir neçə məsələ ilə əlaqədar təklifimi səsləndirmək istəyirəm.

Birinci məsələ Qarabağ müharibəsi əlilləri və şəhid ailələri ilə bağlıdır. Qusarda bu kateqoriyadan olan 64 ailə mənzil növbəsində durur. Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə tikilmiş son çoxmənzilli bina 2007-ci ildə istifadəyə verilib. Neçə illərdir bu insanlar mənzil ala bilmədiklərindən narahatdırlar və hər dəfə görüşlərimizdə bu məsələyə kömək etməyimizi xahiş edirlər. Mən Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevdən 2020-ci ildə Qusar şəhid ailələri və Qarabağ  əlilləri üçün çoxmənzilli bir binanın tikilməsini proqrama daxil etmələrini xahiş edirəm.

Qusar rayonu Quxuroba kənd orta məktəbində 359 şagird təhsil alır. Məktəb binası 1989-cu ildə tikilib, heç zaman təmir olunmayıb və tədris üçün yararsız vəziyyətdədir. Xarici görünüşü də heç də ürəkaçan deyil. Ona görə xarici görünüşə toxundum ki, bu məktəb binası Rusiya Federasiyasından Azərbaycana girişdə yerləşən birinci kənddə yol kənarındadır.

Beynəlxalq avtomagistralın kənarında yerləşdiyini və binanın çox köhnə görünüşü heç də öz inkişaf dövrünü yaşayan ölkəmizə uyğun gəlmədiyini də nəzərə alaraq hörmətli Təhsil nazirimizdən 2020-ci ildə də bu məktəbin əsaslı təmir edilməsini xahiş edirəm. 2019-ci il 17 apreldə cənab prezdentin imzaladığı sərəncamıyla 14 yaşayış məntəqəsini birləşdirən Çibir-Həzrə-Muçuq-Sudur yolunun tikintisinə ilkin olaraq 3 milyon manat vəsait ayrılmış, Çibir-Mucuq yolları yenidən qurulmuş amma Həzrə – Sudur yolunun tikintisi dayanıb.

Tikintinin dayanmasından o bölgənin sakinləri çox narahatdırlar və xahişim həmin yolun tikintisinin bərpasına lazımı vəsaitin ayrılması ilə bağlıdır. Qusar turizm bölgəsidir və yolların müasirləşməsi həm gələn turistlərin, həm də yerli sakinlərin hərəkətini rahatlaşdırır. Qusarda istirahət mərkəzlərinin yerləşdiyi,  rayon mərkəzindən çox da uzaqda olmayan və uzunluğu 3,5 km olan Qusar-Qayakənd və uzunluğu 4 km olan Avaran –Xurel yollarının yenidən qurulmasına ehtiyac var. Bu məsələnin  də 2020-cilin dövlət investisiya proqramına salınnmasını xahiş edirəm. Ölkədə turizim inkişaf etdirilməsi dövlət iqtisadi siyasətinin prioritetidir.

Cənab prezdentin dəstəyi ilə Qusarda Şahdağ kurortu tikilib və bu gün Qusar bütün dünyanda turizm mərkəzi kimi tanınan bir diyara çevrilib. Qusara olan bu qayğıya görə cənab İlham Əliyevə və Mehriban xanım Əliyevaya qusarlılar adından təşəkkürümü və minnətdarlığımı bildirirəm. Qusarlılar hər zaman prezdent İlham Əliyevi dəstəkləyir və har zaman onun yanındadırlar…”.

K.HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Əliyaqublu mədəniyyət evinin əsaslı təmirinə, Dağcəyir mədəniyyət evinin yenidən qurulmasına ehtiyac var” – SAHİBƏ QAFAROVA

Read Next

Kamilə Əliyeva seçildiyi dairənin problemini – HÖKUMƏT QARŞISINDA QALDIRDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir